Bəylərdən nə istəyirik?!

in az •  7 years ago 

Bir neçə gün öncə belə bir məqalə oxudum, bir bəy əfəndinin “Qadınlardan nə istəyirik?” adlı yazısı idi.
Mən də başladım fikirləşməyə ki, “Bəylərdən nə istəyirik?!”

Onlardan istədiyimiz bir dəstə gül, oyuncaq pandalar, ətirlər və ya mücəvhərlərdirmi?! Əlbəttəki xeyr!

Yuxarıda sadaladıqlarımı sevgidən məhrum bir xanım istəyə bilər ancaq… Əgər özünə qarşı uzun müddət bir sevgi və diqqət görməyibsə öz mənəvi ehtiyacını bununla onarılmasını istər… Artıq özünə qarşı diqqət və sevgi ona maraqsızdır, çünki nə olduğunu tamamən unutmuşdur…

“Qadın xəyanətkardır” anlayışı var hər zaman cəmiyyətdə… Düz fikirdir qadın xəyanətkardır… Niyə xəyanətkardır?! Ağlı başında bir xanım nədən həyatındakı bəyə xəyanət etsinki?! Bunu bir cümlə ilə izahını verim: “Qadını diqqətindən kənarda qoysan, onun başqa kişinin diqqət və qayğısıyla xumarlanmasını seyr edərsən ancaq…”

Bu cümlə hər zaman gündəmdə olan “Qadın xəyanəti”-nin ədəbi sferadan yanaşılmış formasıdır. Qadın xəyanətinin böyük qismidə bundan qaynaqlanır. Düzdür, cinsindən aslı olmayaraq xəyanət ruhun şərəfsizliyidir. Amma bu bir reallıqdır. Qadının tək istəyi diqqət və qayğıdır. Onu bundan məhrum etsəniz alçaldığını düşünəcək və alçaldıldığını fikirləşən qadın hansı alçaqlığı desəniz edər.

Bu yalnız qadın deyil insan xislətidir. “Je Veux” mahnısında dediyi kimi: “Mənə Ritz’də otaq verməni istəmirəm. Chanel’in mücəvhərlərini istəmirəm. Bir limuzin versən onu ne edəcəm ki?! Neufchatel’də malikanə istəmirəm. Eiffel qülləsini təklif etsən, onu nə edəcəm?! Sevgi istəyirəm, əyləncə və yaxşı xasiyyət. Məni pulun xoşbəxt edə bilməz. Öləndə qəlbimdə bir əl olsun istəyirəm. Gəl, birlikdə gədək azadlığı kəşf edək. Bütün ön yarğını kənara qoy, mənim gərçəkliyimə gəl.”

İllahda qadını anlamağa çalışmayın… Qadın başa düşülmək üçün deyildir sevilmək üçündür. Buraxın gizli qalsın, siz sadecə sevin, inanın ki, ən xoşbəxt insanlardan biri olacaqsınız o zaman…

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations @aibek! You have completed some achievement on Steemit and have been rewarded with new badge(s) :

You published 4 posts in one day

Click on any badge to view your own Board of Honor on SteemitBoard.
For more information about SteemitBoard, click here

If you no longer want to receive notifications, reply to this comment with the word STOP

By upvoting this notification, you can help all Steemit users. Learn how here!