Kişi ilə qadın bərabər hüquqludur

in az •  7 years ago 

“Evdə kişi nə dedi, o olmalıdır” kimi arxiv cümlələrinin artıq arxivə getmək zamanıdır.

Oğlanla qız sevgili olub, ailə qurmaq haqqında düşünəndə hər şey nağıllardakı qədər gözəl, Nizami Gəncəvinin utopik cəmiyyətində olduğu qədər problemsiz olur. Evləndikdən sonra isə bu çəhrayı xəyallar real dünya ilə əvəz olunur. Və nəhayət oğlan da, qız da anlayırlar ki, ailə həyatı reallıqda nə nağıllardakı qədər şirin, nə də ki, utopik cəmiyyətdə olduğu kimi ideal deyil.

Ailə qurduqdan sonra şirin aylar qurtarır və başlayır normal ailə problemləri. Ailədaxili yaranan problemlərdən biri də “ailədə qadın və kişinin vəzifəsi nədən ibarətdir” sualı ortaya çıxanda yaşanır.

Əslində nə o qədər çətin, nə də o qədər asan bir sual deyil. Baxır hansı ailələrə. İlk öncə onu deyim ki, iş məsələsində Azərbaycan xanımları çox böyük haqsızlıqla üzləşirlər. Neçə illər əziyyət çəkib oxuyub, sonradan işləmək arzusunda olsa da ərinin icazə verməməsi səbəbilə evdə oturan xanımlar tanıyıram. Bu təbii ki, düz bir şey deyil. Əslində isə düz olmayan qadınların özlərinin buna yol vermələridir. Yəni mənə elə gəlir ki, hər şey insanın öz əlindədir. Birinci kursda oxuyurduq. Çox sevdiyimiz jurnalistika müəlliməmiz var idi. O biz qızlara “nə vaxtsa ailə ilə iş seçimi arasında qalsanız ailəni seçin” demişdir. Bir tərəfdən təbii ki, doğru fikirdir. Ailə, övladlar hər şeydən öndə gəlir. Ancaq qadınların bu seçim arasında qalmasının səbabkarları kişilərdir. Nəyə görə axı qadın ailə ilə iş həyatı arasında seçim yaşamalıdır.

Ən azından qadınla kişi bərabər hüquqludur və “ailədə kişi nə dedi, o olur” kimi arxiv cümlələrini artıq elə arxivə atmağın çoxdan zamanı gəlib. İş həyatına öyrəşmiş bir insan üçün sonradan evdə oturmaq yəqin ki, zindan həyatından fərqli olmaz. Həm gəlin reallıqla danışaq ki, evdə oturan xanımların çoxu faydalı işlə məşğul olmurlar. Saatlarla televozira daha dəqiq desək seriallara baxmaq, telefonla danışmaq, qonşuya getmək, düşüb həyətdə oturmaq və sair əksəriyyət ev xanımlarının məşğulliyətidir. Hələ xanımını işləməyə qoymayan kişilər bir də evə gələndə “niyə günorta telefon o qədər məşğul idi?” “niyə qonşuya getmişdin” və ya “niyə filankəs bizə gəldi” kimi əsəb pozan cümlələr işlədib utanmadan deyinirlər də. Yəqin ki, məqaləmi oxuyan, bu tipdə olan kişi cinsi nümayəndələrinin çoxu fikirləşir ki, “bəs qadın işləyəndə ev işlərini (bu işlər kişilərin fikrincə qadın işləridir) kim görəcək?” və “uşaqlara kim qulluq edəcək?” Hər ikiniz əzizim. Çünki nə dini kitabımız “Qurani Kərim”də, nə də ki, konistitusiyamızda ev işlərinin qadınlar görməlidir deyə bir qanun yoxdur. Bu axmaq qaydanı, qanunu yox ha, səhv salmayın qaydanı da artıq kim, nə vaxt çıxardıbsa hələ də kişilərimizin əslində bəzi qadınlarımızın özlərinin də beyinlərindən silinmir ki, silinmir.

Yadımdadı 8-ci sinifdə oxuyanda ingilis dili müəlliməmiz nədən söz düşdüsə başladı ki, “evdə kişi əlini ağdan-qaraya vurmaz. Mən hətta qızım evdə olanda oğluma özünə çay tökməyə də icazə vermirəm ki, qız tökməlidir” Necə əsəbləşmişdim. Əşi adama deyərlər burda nə var axı? Çaydı da ürəyi istəyir durub töksün. Həyat müştərəkdir. Ev işlərini də həm qadın həm kişi eyni evdə yaşadıqlarına görə ortaqlı görə bilərlər. Burda utanmalı və ya ayıblı bir şey yoxdur. Bu arada kişilərin bişirdikləri yeməklər qadınların bişirdiklərindən qatbaqat dadlı olur. Dini kitabımızda da ev işlərində kişilərin qadınlara kömək etməli olduqları verilib. Uşaqların tərbiyəsi və onlara qulluq məsələsinə gəldikdə isə yənə də “Quran-Kərimdən” sitat gətirim ki, uşaqlar atanındır. Bəli düz oxudunuz atanındır, ananın yox. Real həyatda isə uşaqlarla yalnız ana məşğul olur. Ancaq uşaqların tərbiyəsində əsas vəzifə və ağırlıq ataların çiyninə düşməlidir.

Bilirəm mən bu məqaləmlə elə fikirləşən insanların dünya görüşünü dəyişə bilmərəm. Çünki yüz elə düşüncəli insan gəlsə məni öz dedikləri ilə razı sala bilməzlər. Ancaq sözsüz ki, mən düz deyirəm. Heç nə yox sadəcə dini kitabımızda bu haqda hədisləri oxuyun kimin düz dediyini görəcəksiniz.

Bir çox kişilər düşünürlər ki, ən çətin işi onlar görürlər. Gedirlər, işləyirlər, pul qazanırlar. Qadınlar isə neynirlər eee. Evi səliqəyə salmaq, yemək hazırlamaq, paltar yuyub-ütüləmək və sair uşaq oyuncağıdı. Xeyir əzizlərim. Bir həftə xanımınızla yer dəyişdirin. O işə getsin sizsə evdə uşaqla məşğul olun və xanımınızın işlərini görün. Əminliklə deyirəm, bəli 100 faiz əminliklə deyirəm ki, heç biriniz hətta bir həftə belə dözə bilməzsiniz. Maksimum 3 gün. Yəni bu gündən sonra xanımlarınıza nə isə deyəndə özünüzü 1 anlıq onun yerinə qoyun sonra danışın.

Sonda isə yenə də qadınlarımıza səslənirəm. Hər şey bizim öz əlimizdədir. Bir məsəl var. Yəqin ki, çoxunuz bilərsiniz. Günah heç vaxt öldürən də olmur, öləndə olur. İndi kişilərin də sizə nəyi isə asanlıqla qadağa etməsinin səhvi onlarda deyil, sizin özünüzdədir. Bəlkə də məqaləmi oxuyanlar məni feminist hesab edəcəklər. Amma mən feminist deyiləm. Sadəcə qadınların öz hüquqlarını qorumalarını istəyirəm, vəssalam.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

awesome

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by vermute from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, someguy123, neoxian, followbtcnews/crimsonclad, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows and creating a social network. Please find us in the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

This post has received a 1.56 % upvote from @drotto thanks to: @banjo.