Məşq ilə Əlaqədar Elmi Xəbərlər

in az •  7 years ago 

Super Set və Qüvvət Artırma

Avstraliya Victoria şəhərində olan Ballarat Universitetində edilən elmi işə görə Ağırlıq qaldıran irəliləmiş idmançıların inkişafları hesablanmış. Bir qrup irəliləmiş idmançı, 8 həftəlik bir proqramda uzun qantel ilə bazu(barbell curls) və yataraq itələmə(bench press) məşqlərini set arası 3 dəqiqə fasilələrlə birlikdə tətbiq etdi. Digər irəliləmiş idmançılar isə çəkmə(rowing) və yataraq itələmə(bench press) məşqlərini super set metoduna görə fasilə vermədən məşqləri dəyişdirərək tətbiq etdilər. Hər iki qrup da qüvvət qazanmışdı lakin proqram sonunda maksimum 1 təkrar tətbiq testi nəticəsində super set tətbiq edən idmançıların diqqətə çarpan bir şəkildə qüvvət artırdığı təsbit edildi.

İdeal İdman Vaxtı və Bədən İstiliyi

“National Strength and Conditioning Association” Elmi araşdırma qrupu bədən istiliyi üzərində araşdırma etdi. Araşdırmalarda səhər vaxtı bədən istiliyi 36,6 dərəcə, günortadan sonra 36,8 dərəcədə olduğu müəyyən edildi. Tək, siz səhər vaxtı istiləşmə məşqi etdikdə bədən istiliyi 36,8 dərəcəyə çatır və buna çatmaq üçün bir az zaman xərcləmək məcburiyyətindəsiniz. Əgər günortadan sonra istiləşmə məşqi tətbiq etsəniz bədən istiliyi 36,8 dərəcədən 36,9 dərəcəyə çıxmaqdadır. Bunun üçün də çox məşğul olmaq məcburiyyətində qalmırsınız. Buna görə səhər vaxtı saat 07-08.00 kimi idman etmək bir idmançının ideal vaxtı olmur. İdeal vaxtı saat 16-19.00 kimi bir zaman dairəsi məsləhət görülür.

Kardio Məşq

Yaponiya Tokio universiteti araşdırmaçıları Elmi bir işə əl atdılar. Kardiyo məşq üzərində temp və təsiri ölçülməsi adına bir xəritə çəkildi. Bir qrup işçi isə Kardiyo məşqin nə qədər yağ yanacağını hesabladı. Yapon elm adamları iki kardiyo tətbiq şəklində işlədilər. Bunların biri 60 dəqiqə boyunca ara vermədən bir tempdə kardiyo idman və digəri də 30 dəqiqə kardiyo idman edib, 20 dəqiqə ara verdikdən sonra təkrar 30 dəqiqə kardiyo edərək tətbiq etdikləri proqramda yağ yandırmağa istiqamətlənən daha çox fərqli nəticələr əldə etdilər. Ara verərək edilən kardiyo məşqin yağ yandırmağa istiqaməti daha təsirli olduğu müəyyən olundu.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by vermute from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, someguy123, neoxian, followbtcnews/crimsonclad, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows and creating a social network. Please find us in the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

This post has received a 3.13 % upvote from @drotto thanks to: @banjo.