Falcon Heavy bugün Marsa yola düşəcək (VİDEO)

in az •  7 years ago 

Bugün Elon Musk-ın “SpaceX” şirkəti Falcon Heavy raketinin test uçuşunu reallaşdıracaq.

fh-onpad.jpg

Uçuşun startı Bakı vaxtı ilə təqribən 23:00-dan sonra olacaq. Şirkət üçün önəmli olan bu hadisənin keçirilməsi münasibəti ilə o, uçuşun imitasiyasını təsvir edən 3D videonu təqdim edib.Bu videoda uçuşun necə reallaşacağı əks olunub. Vurğulamaq lazımdır ki, Falcon Heavy tarix ərzində insanların yaratdığı ən güclü raketdir.

Onun yük daşıma gücü maksimum 64 tondur. Maraqlı tərəfi odur ki, Falcon Heavy üçün seçilmiş vacib yük qismində Musk-ın şəxsi Tesla Roadster avtomobili yer alacaq. Onun daxilində isə süni olan astronavt yerləşdiriləcək. Beləliklə Falcon Heavy Mars planetinə adi yük əvəzinə elektromobil aparacaq. Musk-ın ideyasına əsasən bu avtomobil milyardlarla il ərzində Mars planetinin orbitintə yer alacaq. Sonda olan video isə start uçuşu zamanında işə düşəcək canlı yayımdır. İzləməyi unutmasaz yaxşıdı :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!