Mühəndis Ben Pearson Whereisroadster.com adlı sayt yaradıb.
Bu sayt vasitəsilə siz real zaman ərzində kosmosa buraxılmış Tesla Roadster avtomobilinin yerini izləyə bilərsiniz.
Saytda həmçinin avtomobilin hazırki vəziyyəti haqqında ətrafli məlumat (Sürəti, Mars və Yer kürəsindən olan məsafəsi) əks olunub. Avtomobilin kosmosda olduğu yerini izləməkdən əlavə həmçinin növbəti 2 ildə olacaqların proqnozları da verilir. Belə ki, saytın proqnozuna əsasən avtomobil 7 Oktyabr 2020-ci ildə Mars planetinə ən yaxın nöqtəsində olacaq.