QADIN NİYƏ AZALIR?

in az •  7 years ago 

ATƏT-in Bakı ofisinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi konfransda danışan ombudsman Elmira Süleymanova ölkədə qadınların sayının azaldığını bildirib: “Əvvəllər qadınlar ölkə əhalisinin 51 faizini təşkil edirdi, indi isə bu rəqəm 46 faizə qədər azalıb”.

Ombudsmanın gətirdiyi rəqəm Dövlət Statistika Komitəsinin rəqəmləri ilə uyğun gəlmir, ancaq ölkə əhalisinin cins bölgüsü üzrə təsnifatına baxanda qadınların azalmağa doğru getdiyi görünür.


credit

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadınların azalmasının əsas səbəblərindən biri cinsinə görə dölün ana bətnində məhv edilməsidir: “Müstəqillik əldə edildikdən sonra ailələr qız uşağına daha tolerant münasibət bəslənirdi. Yəni ata qız övladının dünyaya gəlməsini normal qarşılayırdı və ölkə əhalisinin cins bölgüsü üzrə nisbəti sabitləşmişdi. Amma son zamanlar cəmiyyətdə baş verən neqativ hallar, əxlaqsızlığın artması qızların gələcəyindən narahatlıq doğurur. Bu səbəbdən qız uşaqlarını bətndəcə məhv edirlər. Səhiyyənin imkanları genişlənib, artıq tibb imkan verir ki, uşağın cinsi əvvəlcədən planlaşdırılsın. Valideynlər çox hər zaman oğlan uşağının dünyaya gəlməsinə üstünlük verirlər”.

Qadınların sayının azalmasının ciddi problemlərə yol açacağını vurğulayan Mehriban Zeynalova problemin həllinə qadınların əmlak imkanlarının genişləndirməkdən başlamağı təklif edir: “ Ölkədə demoqrafik bölgünün, cinslərə görə bölgünün balanslaşdırılması yaxşı olardı. Təbii ki, kişilərlə qadınların sayı arasındakı kəskin fərq ailə institutuna, nəsil artımına ciddi təsir edir. Qadınların sayı azalarsa, kişilər əcnəbilərlə ailə qurmağa üstünlük verəcək. Bu vəziyyətin yol açacağı neqativ hallar bununla bitməyəcək, qızların erkən nikah problemi daha da aktuallaşacaq.

Problemin həllini bəzən abortların qarşısını almaqda görürlər. Bu, tamamilə yanlışdır. Uşağın ailə üçün özəlliyini, vətəndaş olaraq vacibliyini doğulduğu andan hiss etdirmək lazımdır. Yəni doğulan uşaqlar üçün vəsaitlərin ayrılması valideynləri stimullaşdıracaq ki, bu da cinsi balansa müsbət təsir edə bilər. Təbii ki, öncə qadınların əmlak problemini həll etmək lazımdır. Qadınlar zorakılığa məruz qaldıqlarını, iqtisadi cəhətdən kişilərlə bərabər hüquqları olmadığını gördükdə qız dünyaya gətirməkdən çəkinirlər.

Qadınların əmlak imkanını genişləndirmək onlarda gələcəklərinə güvənc yarada bilər. Qadın ilk növbədə özünü təhlükəsiz hiss etməlidir ki, dünyaya gətirəcək övladından narahat qalmasın”.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by evariste from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, and someguy123. The goal is to help Steemit grow by supporting Minnows and creating a social network. Please find us in the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you like what we're doing please upvote this comment so we can continue to build the community account that's supporting all members.