Fransız şərqşünas Jean-Paul Rouxun belə bir fikri var: “Çatmaq istədikləri bir hədəfi olmayanlar, işləməkdən də zövq almazlar”.
Yaşamının heç bir anlamı olmayan, hansısa dəyərlər uğrunda mübarizə aparmayan, sadecə qul kimi işləyib, ancaq yeyən insanları bir sözlə məqsədsiz insanları “Səbəbsiz doğulan ölülər”ə bənzədirəm. Sizə kiçik bir daş parçası lazımdır.
Böyük bir daşı vurun yerə, paralanacaq. Sizə lazım olan hissəni götürün. Qalan hissəciklər qalacaq orda. Bunlar ayaqlanacaq, üzülüb-üzülüb toz parçası olacaq, külək gah o tərəfə, gah bu tərəfə çırpacaq. Məqsədsiz insanlarda buna bənzəyir.
Məncə Allah bir nəsili sütunlarını möhkəmləndurəcək qədər yararlı fərdlərin üzərində qurub. Qalanları, səbəbsiz doğulan ölülərdir.
Dəniz kənarında oturub dalğalara baxarsan, fikrə gedərsən. Əgər dalğaların necə yarandıqın görərsənsə, demək xəyalların gözünü tutacaq qədər əhəmiyyətli deyil. Məqsədi olmayan insanların yaşamı xəyallarının üstündə qurulur deyə, həyatda qazanılacaq kiçik bir uğur belə, onlar üçün əlçatmaz olur. Müxtəlif dövlətlərdə, kasıb insanlar üçün xeyriyyə fondu yaradılır.
Əslində heç bir fiziki qüsuru olmayan insanlara səvab üçün yardım etmək, sərinləmək üçün eyvana tökülmüş suya bənzəyir. Yəni, vaxt itkisidir və boşa gedir. Belə insanlar daha çox diktatura hökm sürən ölkələrdə olur. Hakimiyyəti daha rahat idarə etmək üçün, insanları avvamlaşdırırlar. Beləliklə hər yeni doğulan körpə, gələcəyin perespektivli bir qulu olur.
Belə insanlar həm də çox ürəyi açıq olurlar. Qulluq edib qazandıqları son qəpiyinə kimi özlərinə, “dostlarına” xərcləyirlər.
Onlar üçün danışmaq nəyisə öyrətmək anlamına gəlmədiyi kimi, susmaqda nəyisə öyrənmək anlamına gəlmir.
Yaşamaq üçün yemək, yemək üçün yaşamaq pirinsiplərini bu insanlara aid etmək olar. İnsanın hər şeyi ola bilər, pulu, evi, maşını, gözəl ailəsi ancaq bunları idarə etməsi üçündə, əqidəsi, cəsarəti, hissiyatı, sevgisi və ağılı olmalıdır. Belə bir toplumu idarə edənlərin toplumdan üstün cəhəti, daha bacarıqlı qul olmalarıdır. Çünki onlarda yaxşı-pis bir neçə million qula “qulluq” edirlər. doğulan ölülər diyarından...