Xarici qüvvələri ifşa edən şair

in az •  7 years ago 

Bir dəfə dostumla kafedə oturmuşdum, saytlardan birinin baş redaktoru, şair kimi tanınan şəxs öz tanışları ilə gəlib yaxın masada oturdu.

Görünürdü ki, iki nəfərdən ancaq biri onun tanışıdır (30-35 yaşlı kalsaçlı bir kişi), o biri isə (24-25 yaşlarında bir gənc) “söhbətə təzə kurs olub”. Nə isə çay gəldi, biz öz söhbətimizdə, onlar da öz söhbətində.

Bu şair gah milli qüvvələrdən, gah da xarici qüvvələrdən asıb-kəsirdi.

“Söhbətə təzə kurs olan” gənc isə gözlərini bərəldib, ağzını geniş açıb qulaq asırdı. Sanki ağzını açanda daha yaxşı eşidəcək, söhbətə necə lazımdısa həzm edəcəkdi.

Şair xaricdən maliyyələşən qələm dostlarının qılınclamaqla məşğul idi ki, bu gənc “kursant” onun sözünü kəsdi:

– Şair, bağışlayın, soruşmağa da utanıram, siz də xaricdən maliyyələşirsiniz?

Şair duruxdu, tutuldu, öskürdü… Utanmasaydı, gücənib başqa şeylər də edərdi, amma bununla kifayətləndi.

Özünü toparlayıb dedi:

– Cavan oğlan, bu nə sualdı verirsiz? Azərbaycanda müəyyən milli qüvvələr var, bizə də az-maz dəstək göstərirlər.

– Halal olsun! Bəs eşitmişəm sizin saytı filankəs…

– Öhö! Öhö!

Şairin köhnə tanışı, “kursant”ı şairlə tanış edən kalsaçlı qardaş utandı, “əşşi, başqa söhbət elə” deyib onu dümsüklədi. Keçdilər futbola… amma yenə də düz gəlmədilər. “Kursant” qardaş “Xəzər-Lənkəran”ın, şair isə “Qəbələ”nin azarkeşi imiş…

Nə isə, beş dəqiqə sonra biz milli qüvvələrin təmsilçisi olan şair və onun dostlarından uzaqlaşdıq.

Hələ də düşünürəm, görəsən, şair o suala doğru cavab versəydi, “kursant” durub onu döyəcəkdi? Əsla!..


source

Məsələn, dialoq bu cür də ola bilərdi:

– Şair, bağışlayın, soruşmağa da utanıram, siz də xaricdən maliyyələşirsiniz?

– Xeyir, sizin dədənizin pensiyasından tutulan pullarla maliyyələşirəm.

– Halal olsun… Sizinlə fəxr edirəm! Siz əsl milli şairsinizhsjfkfılls…

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Its sale