Haqqında yazmaq istədiyim yazı bu günki həyatımızın ən böyük problemlərindən biridir.Mobil telefondan və müxtəlif sosial şəbəkələrdən asılılıq.Hətta artıq bu asılılıq-xəstəliyə ad da tapılıb- nomofobiya...
Məncə,biz artıq real deyil,virtual dünyanın insanlarına çevrilmişik.Razıyam ki,mobil telefonlar gündəlik həyatımızı çox rahatlaşdırıb.Amma aşırı dərəcədə aludəçiliyin fəsadları da var.Bu fəsadlar daha çox uşaqlarda özünü biruzə verir.Biz uşaq yaşlarımızda səhərdən axşama kimi məhlədə müxtəlif oyunlar oynayardıq,evə isə yalnız gün batdıqdan sonra valideynlərimizin israrından sonra qayıdardıq.İndi isə uşağı telefondan ayırıb həyətə düşürmək əsl müşkülə çevrilib.
Bir digər məqam isə bu nomofobiyanın bizləri bir-birimizdən soyutmasıdır.Əvvəllər bayramlarda,doğum günlərində,özəl günlərdə qohumlarımızın,dostlarımızın evlərinə gedər,onları şəxsən,üzbəsurət təbrik edərdik.Amma indi...Bütün təbriklərimizi,fikirlərimizi telefonla çatdırırıq.Hətta statuslar vasitəsilə xoşumuz gəlməyən insanlara söz də "soxuruq".
Və mən də bütün bunları telefonla,sosial şəbəkə vasitəsilə çatdırmağa çalışdım.Tifağın dağılsın Edisson,uşaqlı,böyüklü hamımızı nomofobil etmisən.🙂🙂
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!