Fargocoin haqqında bir iki söz.
Deməli, bir gün tanışlardan biri məni fargocoinin network işi ilə tanış etdi. Açığı network işinə tövbə etmişdim. Maraqlı gəldi. Amma sözüm söz idi, kimisə referalıma dəvət etməyəcəkdim. 100$lıq fargocoin aldım, 1-i 6$-dan. Befargo adlı şirkət fargocoinin network işini həyata keçirirdi, yəni indi də keçirir. Orda split zad olurdu, 40gün mining müddəti, nə bilim zırt, pırt. 3ay keçdi, coinlərim ikiyə vuruldu və 10 $-a satdım, hamı düşdü üzərimə ki, həyatının şansını qaçırdın, bəs fargocoin 100$ olacaq zad. Deyəsən, o platformada ilk və son qazanan mən oldum.
İndi fikir verin, neçəyə düşüb ki, 58% artımla 0.39sentə çatıb.
Fargocoin 600 milyon ədəd olacaq, ideal coindir deyirdilər, problemi öz birjasında al sat edilirdi. Əlimə axmaq pul düşsə indi 100 ədəd alardım.
Networku davam etdiyi üçün yenidən yüksək dəyər qazana bilər.
Yaxşı sıyrılmısan:D
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit