Hər bir insanın ehtiyac hiss etdiyi şeylərdən biri də lazım olan anlarda birinin onu dinləyə bilməsidir. Belə bir dostunuz və ya yaxınınız varmı?
Bəzən ən yaxın hiss etdiyin insan, ya da ailə üzvü səni dinləmək istəmir. Ona görə yox ki, səni sevmir, sadəcə dinləməyi bacarmır və bunun nə qədər vacib olduğunu anlamır.
Və bəzən lazım olan zamanda insanların bir-birini dinləməməsi pis nəticələnə bilər. Məsələn bəlkə çıxılmaz vəziyyətdə olan biri öz problemi haqda danışmaq və məsləhət almaq istəyir. Qarşılaşdığı laqeydlik mənəvi cəhətdən çətin anlar yaşayan həmin insanı intihara belə sövq edə bilər.
Həyatımızda belə bir insanın olması vacibdir, sözünüzü kəsmədən sizi diqqətlə dinləsin, üz mimikalarından sizin hekayənizin onu maraqlandırdığını hiss edəsiz. Bu sakitləşdirir və yalnızlıq duyğusunu azaldır.
Hər kəs-hətta ən güclü insanlar belə heç olmasa bir insanla danışmaq, başa düşülmək istəyir və bu çox təbii bir haldır. Dinləmək qabiliyyəti hamıya verilmir, məncə dinləməyi bacaran insanlar azdır. Mənim sadəcə bir nəfər dinləməyi bacaran dostum var, istənilən mövzu haqda saatlarla danışa bilərəm və o, sözümü kəsməz.
Belə bir dost tapın özünüzə, üz-üzə oturub danışa biləcəyiniz biri olsun. Fərqi yoxdur, bu kişi də ola bilər, qadın da. Yetər ki, çətin ya da sevincli anlarınızda sizə qulaq asmağa özündə güc və zaman tapsın.
Mən özüm də həmişə bacardığım qədər insanları dinləməyə çalışıram, bilirəm ki, mənim kimi bu, başqalarının da ehtiyac duyduğu bir şeydir. Sadəcə dinləməklə kiminsə problemini o anda bir az yüngülləşdirə biləcəyəmsə, niyə də bunu etməyim? Bu ki, çətin deyil.
Congratulations @taranaq19 ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2876 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit