HTML & CSS
HTML (Hyper Text Markup Language) və CSS (Cascading Style Sheets) veb layihələrin əsas strukturunu yaradırlar. Bu iki şey olmadan, veb sayt dizaynını yarada bilməzsiniz. Hətta HTML olmadan bir səhifəyə şəkillər belə əlavə edə bilməzsiniz!
Web proqramlaşdırmaya başlamazdan əvvəl, HTML və CSS ilə kodlaşdırma bacarıqlarına sahib olmaq lazımdır. Yaxşı tərəfi buradadır ki, bunların hər ikisi bir neçə həftə içində yaxşı səviyyədə öyrənilə bilər.
JavaScript
JavaScript, web saytlarınızı daha funksional etmənizə imkan verir. Hətta HTML, CSS və JavaScript-dən (JS for short) başqa heç bir şey istifadə etmədən bir çox əsas web saytları yarada bilərsiniz. Minumum səviyyədə JS bilərək veb-saytlarınıza bir çox interaktiv elementlər əlavə edə bilərsiniz. Real vaxt, yenilənən xəritələr, və onlayn oyunlar kimi şeylər yaratmaq üçün istifadə edin. Pinterest kimi saytlar, istifadəçi interfeysini bu qədər asan bir şəkildə istifadə etmək üçün çoxlu sayda JavaScript kodlarından istifadə edirlər (bir şey pinlədiyinizdə səhifənin yenidən yüklənməməsi Javascript sayəsindədir!).
jQuery
JavaScript-in kitabaxanıdır: JavaScript ilə daha sürətli və asan kod yazmağa kömək edən pluginlər toplusudur. Hər şeyi sıfırdan kodlaşdırmaq əvəzinə, jQuery, layihələrinizə hazır elementləri əlavə etməyə imkan verir, daha sonra zəruri hallarda fərdiləşdirə bilərsiniz.
JavaScript Frameworks
JS Framwork-ləri (AngularJS, VueJs və ReactJS daxil olmaqla) JavaScript kodunuza hazır bir struktur verir. Fərqli ehtiyaclar üçün müxtəlif növ Framework-lər mövcuddur, qeyd olunan üçü isə faktiki vakansiyalarda ən məşhurudur. Bu Framework-lər, kodlaşdırmanı sürətləndirir və minimuma endirmək üçün jQuery kimi kitabxanalarla da istifadə edilə bilirlər.
Front End Frameworks
CSS və Front end Framework-ləri (ən məşhuru Bootstrap'dır) JavaScript üçün JS Framework-ləri nə edirdisə, CSS üçün də Front end Framework-ləri eyni işi görür: onlar daha sürətli kodlaşdırmağa kömək edirlər. Bunları demək olar ki bütün layihələrinizdə istifadə edə bilərsiz. Hardasa bütün vakansiyalarda bunları bilməyi sizdən tələb edəcəklər.
Responsive and Mobile Design
Bütün dünyada insanların yarıdan çoxu internetə kompüterdən daha çox, mobil cihazlarından daxil olur. Bu səbədən vakansiyarlda sizdən mobil cihazlara uyğunlaşa bilən saytlar hazırlamağı tələb edirlər. Responsive design, saytın quruluşunun (bəzən funksionallıq və məzmunun) istifadəçidəki cihazın ekran ölçüsünə və qurğunun özünə görə dəyişməsi deməkdir.
Cross-Browser Development
Web saytın bütün Browser-lərdə normal görünməsi. Bildiyimiz kimi proqramlaşdırma inkişaf edir və biz layihələrimizdə yeni kodlardan istifadə edirik. Bu yazdığımız kodalarsa bütün Browser-lərdə eyni cür işləmir. Buna diqqqət etməlisiz. Və ən əsası da bütün istifadəçilərin yeni Browser işlətmədiyini bilib, bəzi kodlarımızın o Browser-lərdə ümumiyyətlə işləməyəciyini unutmamalısız.
Git and Version Control Systems
Versiyaya nəzarət sistemi, zamanla hazırladığınız layihədəki kod dəyişikliklərin izlənilməsinə imkan verir. Onlar daha əvvəl yazdığınız kodlara geri geri qayıtmağı asanlaşdırı(buna daha əvvəl sildiyiniz hər hansı fayl da misal ola bilər).
Qeyd: Buradakı bəndləri çox uzada bilərdim. Amma hazırda Azərbaycanda rahat iş tapa bilmək üçün ən vacib olanları qeyd etmək istədim.