Salam Dünya. Salam steemit platformasının gözəl insanları. Bu mənim bu topluluqda ikinci sezonun ikinci həftəsi üçün Urdu Topluluğunun dillər haqqında açdığı müsabiqədə yazacağım mövzudur. Oxuyub anladığım qədəri ilə bu müsabiqənin şərtləri adından da göründüyü kimi
Dil bir insanı özünün şəxsi ailəsi, dünyası və ətrafındakı hər kəslə yəni cəmiyyətlə necə əlaqələndir? mövzusu haqqında yazmağımız gözlənilir. Müsabiqəni təşkil edən Urdu Topluluğu bizləri aşağıdakı doqquz sulala cavab verməklə müsabiqəyə dəvət edir.
What is meant by language? Define language in your own words.
How language connects an individual to his family, glob or specific socieity.
Which is yours mother tongue? and which languages are spoken and understood in your home other than your mother tongue?
How many languages do you know and how did you learn more than one language?
In which language did you study in school to university and which language do you prefer in the education system in your country and why?
How one language or more than one languages plays an important role in the development of society.?
How does culture relate to language?
Would you like to prefer writing in your own language at the time of writing posting on steemit, if yes why and if not why not?
If you want to promote your language in the world, how will you do it? and if you already done, then how much success have you achieved?
- Dil dedikdə nə başa düşülür? Dili öz sözlərinizlə tərif edin.
- Dil insanı ailəsi, dünyası və ya konkret cəmiyyətlə necə bağlayır.
- Sizin ana diliniz hansıdır? və sizin evinizdə ana dilinizdən başqa hansı dillərdə danışılır və başa düşülür?
- Neçə dil bilirsiniz və birdən artıq dili necə öyrənmisiniz?
- Məktəbdən universitetə qədər hansı dildə təhsil almısınız və ölkənizin təhsil sistemində hansı dilə üstünlük verirsiniz və nə üçün?
- Bir dil və ya bir neçə dil cəmiyyətin inkişafında nə dərəcədə mühüm rol oynayır.?
- Mədəniyyətin dillə necə əlaqəsi var?
- Steemit-də yazı yazarkən öz dilinizdə yazmağa üstünlük vermək istərdinizmi, əgər belədirsə, niyə, yoxsa niyə olmasın?
- Əgər siz öz dilinizi dünyada tanıtmaq istəyirsinizsə, bunu necə edəcəksiniz? və əgər artıq etmisinizsə, o zaman nə qədər uğur əldə etmisiniz?
Verilən suallara öz anladığım dillə cavablandıracağam. Başlayaq.

Dil dedikdə nə başa düşülür? Dili öz sözlərinizlə tərif edin.

Mənim fikrimcə dil düşüncələri və istəkləri qarşı tərəfə çatdırmaq üçün müxtəlif variantlardan istifadə edilən vasitədir. Dil səslərin, müxtəlif bədən və ya əl hərəkətlərinin, yazının ifadəsi ilə özümüzü ifadə şəkilidir. Bəzən düşünürəm dünyadakı dillər niyə fərqlidir, niyə bizi yalnız ailəmiz anlayar düşüncəsi ilə özümüzü gizləməyə can atırıq. Dillər haqqında oxuduğum məlumatlara görə insanlar ilk olaraq əl hərəkəti ilə bir birlərini başa düşürdülər. Lakin uzaq məsafələrdə və insanın gözü ilə görə bilmədiyi yerlərdə səslərlə danışmağa ehtiyac yarandı. Ümumiyyətlə elmləri anlamaq üçün qeyri ixtiyari beynəlxalq bir dilin yaranmağı da möcüzədir. Məsələn riyaziyyatda 2+2=4 anlayışı bu elmi bilən hər kəsin anladığı bir dildir. kimya, fizika düsturları, musiqi notlarını da hər kəs tərəfindən anlaşılan bir dildir.

Dil insanı ailəsi, dünyası və ya konkret cəmiyyətlə necə bağlayır.

Təbidir ki, biz doğulduğumuz bir ailədə o ailənin davranışları, mədəniyyəti və ətraf aləmə münasibətləri ilə formalaşırıq. Əbəs yerə deyil ki danışdığımız dilimizi ana dili adlandırırıq. Bu anamızın ta beşikdən ayaq tutub yeriyənə qədər oxşamaları, laylaları gülümsəmələri, bəzən hirslənmələri 😊 ilə bizə öyrətdiyi dildir. Biz ailəmizdən öyrəndiyimiz bu dillə məktəbə başlayır, özümüzə yeni dostlar qazanırıq. Başqaları ilə münasibətləri formalaşdıran bu dil hər birimizin vazkeçilməzidir. yəni doğma dilimizdir. Ana dilim məni ailəmlə, qohumlarımla, ətrafimdakı insanlarla bir arda tutan ən dəyərli vasitədir. Dünya ilə, beynəlxalq aləmlə münasibətlər artıq texnologiyanın imkanları ilə daha asan olmağa başlayıb. İnternetin verdiyi imkanlarla biz yazı dili ilə qarşı tərəfin bizi anlayacağı sözləri səssiz hərflərlə ifadə edərək öz fikrimizi ona çatdırırıq. Səssiz danışmaq bəzən çox gözəldir. Steemitdə tanımadığım insanların məqalələrini oxuduqca onların mənimlə söhbət etdiyini düşünürəm. Necədə gözəldir, elə deyilmi? Bu vəziyyətdən ilhamlanaraq mən də öz fikirlərimi ifadə etməyi qərara alıram.

Sizin ana diliniz hansıdır? və sizin evinizdə ana dilinizdən başqa hansı dillərdə danışılır və başa düşülür?

Mənim ana dilim, varlığımı ifadə etdiyim vazkeçilməzim Azərbaycan dilidir. Bu dil sözlərin sinonimləri ilə o qədər də zəngin olmasada bizim mədəniyyətimizin, özümüzü ifadəmizin ən asas vasitəsidir. Mən 38 yaşındayam. Ailəliyəm. iki qızım var. Birinin 13 birinin 7 yaşı var. Böyük qızım Zəhra ingilis dilini yaxşı öyrənib. Həyat yoldaşım da həmçinin ingilis dili müəlliməsidir. bəzən işdən gələdən sonra şam yeməyində maraqlı söz yarışı keçiririk. kim daha çox ingilis dilində söz bilir. Balaca qızım Məryəmdir. O rus dili qrupuda oxuyur. Rusca o qədər danışmağa həvəslidir ki, bizi də onunla rusca danışmağa məcbur edir. Dilimiz türk dillər qrupuna aid olduğu üçün evimizdə televiziyada türk serialları ev əhlinin ən çox izlədiyi filimlərdir. Beləliklə biz ailəcə öz ana dilimizdən başqa rus, ingilis və türk dillərini bilirik və bəzən danışırıq.

Neçə dil bilirsiniz və birdən artıq dili necə öyrənmisiniz?

Bu sual ən yaralı yerimdir. Çünki, iş yerlərində soruşulan suallardan biri də budur. Bəzən xarici dil bilgisi əsassız yerə mütləq tələb olunur. Nə vaxtsa xarici bir vətəndaş müraciət edər və ya beynəlxalq yazışmalar ola bilər. Üçüncü sualda cavablandırdığım kimi mən uşaqlıqdan təbii olaraq bildiyim ana dilim Azərbaycan dilidir. Bundan başqa Rus və ingilis dillərində özümü ən çətin durumlaarda ifadə edəcək qədər bilirəm. Steemitdə şərhləri google translate ilə çevirib anlayıram və öz sözlərimi də ingilis və ya digər dillərə çevirib qarşı tərəfə bildirirəm. Bundan başqa çox yaxşı anladığm Türk dilidir. Ümumi baxsaq 4 dil bilmiş oluram)).

Məktəbdən universitetə qədər hansı dildə təhsil almısınız və ölkənizin təhsil sistemində hansı dilə üstünlük verirsiniz və nə üçün?

Artıq məktəb həyatında sinifləri keçdikcə yeni dillərin öyrənilməsinə ehtiyac yaranır. Beynəlxalq münasibətlərdə əsasən ingilis, ispan, fransız dilləri daha çox istifadə edilir. Lakin bizim qonşu dövlətlərlə münasibətlərdə onların dilini öyrənməyimiz də zəruri rol oynayır. Azərbaycan uzun illər Rusiyanın müstəmləkəsi olduğu üçün xarici dil bilmə faizi rus dilində üstünlük təşkil edir. Türk dili ana dilimiz sayıldığı üçün Türkiyə ilə qardaş ölkə sayılırıq. İngilis dili demək olar ki, aşağı siniflərdən universitetə qədər öyrənməli olduğumuz xarici dildir. Təəssüf edirəm ki, mənim ingiliscəm o qədər də ürəkaçan deyil. O səbəblə məqalələrimi daha çox azərbaycanca yazıram. Təhsil sistemi beynəlxalq dil kimi ingilis dilini tövsiyyə etdiyi üçün mənim də seçimim ingilis dilidir. Lakin özəl kurslarda yapon, çin, alman və s. dillər də keçirilir.

Bir dil və ya bir neçə dil cəmiyyətin inkişafında nə dərəcədə mühüm rol oynayır.?

Bizə artıq yuxarıdakı izahlarımızdan da aydın olur ki, dilin olmaması iflic bir adamın dramına bənzəyir. Biz bacarıqlarımızla, ifaadə etdiyimiz imknlımızla, işləyib hazırladığımız məhsullarımızla ətrafımıza mesaj vermiş oluruq. Fərqi yoxdur bu hansı dərəcədə hansı şəkildədir. Əsas odur ki, bunu başqalarına göstərə və ya anlada bilək. Bu işlərdə özümüzü ifadə şəkli olaraq, xarici dil bilikləri bizə çox zəruri bir alət kimi lazım olur. Biz beynəlxalq münasibətlərdə təhsilimizi, tibbimizi, ordumuzu və s. gücləndirmək üçün xaricidə təhsil almalıyıq. onların elmlərini öz ölkəmizə gətirməliyik. Düşünürəm ki, bir ölkənin savadlı insanları o dövlətin ən dəyərli sərvətləridir. Onların kəşfləri bütün dünyanın marağına səbəb olarsa başqaları onları anlamaq üçün onların dillərini öyrənməlidir. Bu güçdür, Bu şərəfdir.

Mədəniyyətin dillə necə əlaqəsi var?

Hazırda dünyada yaşayan və ya illər öncə yaşamış olanlar öz imkanları və bacarıqları ilə ölkələrinin mədəniyyətinə sonsuz dəyərlər qatmışdır. Dil dedikdə incəsənətin dilini də unutmaq olmaz. incəsənət sahələri hər biri bir ifadə şəklidir. Musiqi 7 notdan ibarət elə bil dildir ki, onu bütün dünyanın hər yerində oxuyub səsləndirmək mümkündür. İncəsənət ruhumuzun qidasıdır, hər kəsə göstərəcəyimiz mədəniyyətdir. Bəstəsi Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada aid himnimizdəki musiqi axışı ilə yanaşı oxunan sözlər insanın ruhunun enerjisini, yaşamaq, yaratmaq əzmini artırır. Hər il dünyanın müxtəlif yerlərində keçirilən festivallarda Azərbaycandan iştirak edən müğənnilərimiz və beynəlxalq olimpiyadalarda iştirak edən idmançılarımız öz ifadə şəkilləri ilə həm dilimizi, həm də mədəniyyətimizi dünyaya göstərir.

Steemit-də yazı yazarkən öz dilinizdə yazmağa üstünlük vermək istərdinizmi, əgər belədirsə, niyə və ya niyə olmasın?

Bəli steemitdə yazarkən özümü ən yaxşı ana dilimdə ifadə edəcəyimi düşündüyüm üçün Azərbaycan dilində paylaşımlar edirəm. Düşünürəm ki, məni anlamq istəyən Steemit cəmiyyətim ifadələrimdə onlara necə səmimi münasibət göstərdiyimi anlayacaqlar. Bunun hansı dildə olması onlar üçün də aşılmaz sərhəd deyil. Kompyüter texnalogiyasının imkanları bizim daha da yaxımlaşmağımıza, cəmiyyətlər arasında səmimi münasibətlərin qurulmasına çox böyük təsir edir. Bu imkanlara güvənərək də sizlərə öz fikirlərimi çatdıra biləcəyimi düşündüyüm üçün Azərbaycan dilində paylaşımlar etməyin daha doğru olduğunu düşünürəm.

Əgər siz öz dilinizi dünyada tanıtmaq istəyirsinizsə, bunu necə edəcəksiniz? və əgər artıq etmisinizsə, o zaman nə qədər uğur əldə etmisiniz?

Biz Steemit Azərbaycan Topluluğu olaraq 2017 ci ildən öz dilimizdə paylaşımlar edirik. Biz bütün yarışlarda da öz dilimizdə paylaşımlar etməyə çalışırıq. Əsas səmimiyyə və aktivlikdir. Siz dəfələrlə tanımadığınız insanlara salam versəniz bir gün onlar da sizə salam verəcəklər. Siz onlara diqqət yetirsəniz onlar da sizə diqqət yetirəcəklər. burda bizim münasibətlərimiz özümüzü ifadə şəkilimiz mimiklarla, yazılarla, şəkilllərlə yaranıb. Düşünürəm ki, bizim bu sezonda müsabiqələrə ev sahibliyi etməyimiz bunun bariz nümunəsidir. Bizi öz dilimizlə də oxuyurlar, münasibət bildirirlər. Bu bizim uğurumuzdur.


Sonda dostlarımı
@revan746,
@orxan-m-50,
@nurengizbagirova,
@gulaybagirzade'ni də bu müsabiqəyə qoşulmağa və dil haqqında öz dəyərli fikirlərini bizimlə paylaşmalarını istəyirəm.
Dostluq əlaməti olaraq bu paylaşımdan gələn gəlirlərimin tamamını ailəm
Steem Azərbaycan və Urdu Topluluğu ilə bölüşürəm.

Oxuduğunuz üçün təşəkkürlər
Your mother tongue is Azerbaijani, and you express yourself in this Azerbaijani language. You also shared in your post that your eldest daughter is very proficient in English and also your wife is an English teacher. Maybe that is why your daughter learned English well from your wife.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you for your comment @kawsar. But the English teacher is my wife. 😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you for reminding me of this. In fact, each of us should learn English as well as our mother tongue. And since your wife is an English teacher, I think it will be much easier for your children
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qardaşım hələ usbet edib oxuya bilməmişəm. Günlük borclarımı yerinə yetirdim. Rahat vaxt tapan kimi oxuyacam. Amma bilirəmki, çox maraqlı postdur.👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Canın sağ olsun. Diqqət etdiyin üçün təşəkkürlər
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Buyur xoşdur Qardaşım
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
From all indication my your post that mean dispite the fact that you are azerbaijan , with your wife and children and for the fact that they speak english give you the opportunity of learning and knowing the english language more than they
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Respected thank you very much for taking participate in Steemit Enagement Challenge | Season2, Week #2.
you explained every question nicely,
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much for your appreciation @yousafharoonkhan. But I have a recommendation, dear moderator. Write a comment about the criteria on which you base your assessment. This will allow the authors in your community to correct the mistakes they will make next time.
Endless thanks.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit