Hərkəsin bildiyi kimi Bitcoinin maksimum miqdarı 21 milyon ədəddir. Sonuncu 21 milyonuncu bitcoində çıxarılandan sonra bitcoin mayninq oluna bilməyəcək. Amma xüsusi adreslər var ki, bu adreslərə bitcoinləri göndərərək həmin bitcoinləri əbədiyən məhv edə bilərsiniz. Bunu edənlər olub hətta. 2000-dən çox bitcoin 4 müxtəlif xüsusi adresə göndərilərək məhv olunub. Aşağıda həmin adresləri və həmin miqdarları qeyd edirəm:
• 1BitcoinEaterAddressDontSendf59kuE (2.10556692 BTC ),
• 1CounterpartyXXXXXXXXXXXXXXXUWLpVr (2,130.84717717 BTC),
• 1111111111111111111114oLvT2 (43.2884582 BTC
• 1QLbz7JHiBTspS962RLKV8GndWFwi5j6Qr (0.01159201 BTC),
Bu 4 adresə göndərilən göndərilən ümumi bitcoinlərin sayı 2,176.2527943 bitcoin edir. Indi isə bunları dövlət valyutaları qarşısındakı indiki dəyərini hesablayaq:
Avro: 61.748.577,16
Dollar: 73.142.229,17
Manat: 124.337.170.48
Sözsüz ki bitcoin güclü dəyişkən dəyəri olduğuna görə bu qiymətlər sabit qalmaya qalmaya bilər. Hər an dəyişə bilər. Deməli bir nəticəyə gələ bilərik ki, bu dəyərlərdə olan bitcoinlər məhv olunub. Yəni bütün bitcoinlər mayninq olunub bitsə belə dövriyyədə 21 milyondan kiçik miqdarda bitcoin dövriyyədə olacaq.