Hərkəsə salam. Mən Əli mustafazadə. Bakı Dövlət universitetin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsinin iqtisadiyyat ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. 2020-ci ildə pandemiyanın "ən bərk gedən" dövründə universitetə qəbul olmuşam. Pandemiyanın təsirləri əlbətdə ki, məndən yan keçmədi. Mənə də çox böyük təsiri oldu. Amma ciddi təsiri olsa belə, hərkəs kimi yoluma davam etməyə çalışıram. Öz bacarıqlarımdan danışası olsam, marvel filmlərindəki kimi supergüclərim yoxdu, Amma bəzi layihələrdə iştirak etmişəm və bunlar öz şəxsi həyat və karyeramda irəlliləyiş verdiyini görmüşəm. Məsələn:
iqtisadiyyat və kriptovalyuta biliklərimdən istifadə edərək öz şəxsi youtube kanalımı və kriptoqepik.com saytının ortaq qurucusuyam. Hər dəfə bacardığım qədər orada öz şəxsi məqalələrimi yerləşdirirəm.
2-ci olaraq cryptocurrencyteens layihəsində business development manager işinin təcrübəçisi kimi iştirak etmişəm. Bu təcrübənin kriptovalyuta sahəsində bəzi nəticələrini görmüşəm.
Hobbilərim elə də çox olmasa da, dövriyyədən çıxmış və xarici dövlətlərin pullarını toplamağı xoşlayıram. Və çox az hallarda müxtəlif firmaların pivə qapaqlarını toplamağa çalışıram.
Bu yazını burda bitirirəm. Özüm haqqımda qısa məlumat yazısı olduğu üçün yazını burada dayandrıram. Növbəti yazılar da özümün maraqlandığım şeylər haqqında yazmağa çalışacam. oxuduğunuz üçün təşəkkürlər.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!