Gül haqqında o qədər şeylər yazılıb ki, mən nə yazsam təkrar olacaq.Bilmirəm nədəndir,hər kəs gülü sevir.Nə isə bir cazibə var güllərdə.
Güllər çox müxtəlifdir,insanlar kimi.Elə gül var, ətri xoşdur,insana yüksək zövq verir.
Elə gül var vəhşidir,bir sərçəni udur.Elə gül var ki,insan kimi küsür. Elə güllər var ki,min bir dərdin dərmanıdır.Qadınlar gülləri cox sevirlər.Adama elə gəlir ki, ALLAH gülü elə qadınlar ücün yaradıb.
Hər qadın demək olar ki, dibçəkdə güllər becərir və bundan zövq alır.Dibçək gülləri də çox müxtəlifdir.Lakin hər kəs öz zövqünə görə secim edir.
Güllü-çiçəkli yerdə insan özünü çox müsbət enerjili hiss edir.Hər kəsə güllü-çiçəkli həyat arzulayıram.
☝• Sual— Gül ilə çiçəyin fərqi nədi?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit