Axşamınız xeyirli olsun. Bu gecə ikiüzlü insanlar haqqında yazmaq istəyirəm.
photo
Həyatda ən təhlükəli insanlar, ikiüzlü olanlardır. Bu tip insanlara, münafiqlər deyirlər. Belə insanlar hər zaman olub və olacaq. Bacardıqca, belə insanlardan uzaq durmaq gərəkdir. Çox təəsüf ki, belə insanların sayı çoxdur. İnsanlar ikiüzlü olduqca, yaxşıları da tanımaq çətinləşir, hər kəsə şübhə ilə yanaşmağa başlayırsan. Ancaq qızılı palçığa atsan da parıltısını itirməz.