Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir.
El arasında "kacalka" deyilən bu dəzgah 1892-ci ildə alman mühəndisi tərəfindən yaradılıb.Bu günə qədər istifadə olunur. Azərbaycanın bir çox yerlərində mancanaq dəzgahlarına rast gəlmək olur. Ən çox Suraxanı və Balaxanı rayonlarında görmək olar.
Quyuya su tökməklə dolmaz😉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit