Anime✌🏼 ||#club5050

in hive-131355 •  3 years ago  (edited)

Heç anime izləmisinizmi? Ya da izləyirsinizmi?
Mən anime izləməyi çox sevməyə başlamışam. Mənimçün çox sevdiyim filmlə eynilə çox sevdiyim animenin fərqi yoxdur. Uşaq vaxtı yəqin ki çoxunuz "kaptan Tsubasa"ya baxmısınız. Bu da animedir. Biz bacım və qardaşımla necə həyəcanla baxırdıq. Müxtəlif futbol komandalarına azərkeşlik edirdik. Təbii ki Tsubasa bizim üçün 1 nömrə idi həmişə. Uşaq vaxtı bu cizgi filmin anime olduğunun fərqində deyildim. Böyüdükcə animelərə baxmamağa başladım daha çox xarici filmlərə, seriallara baxırdım. Lakin universitetdə qrup yoldaşım anime'lərə baxırmış. O izlədiyi animelərdən danışır, bizə də baxın deyirdi. Amma mən çox vaxt onların dilinə öyrəşə bilmərəm(alt yazılı izləyirəm çünki xarici filmlər olduqda), baxa bilmərəm kimi sözlər deyirmişəm. Daha sonra mən də baxmaq həvəsinə gəldim. Yaxşı ki, gəlmişəm.

IMG_20220208_145321.jpg

Hər dəfə qrup yoldaşımdan mənim sıxılmadan baxa biləcəyim anime tövsiyəsi alır və tövsiyələrinə güvənərək açıb izləyirəm. Düzü indiyəcən nə qədər anime deyib xatırlamıram ancaq dediklərinin çoxunu izləyib bəyənmişəm. Geriyə qalan az hissəsi də ya izləməyə vaxt edə bilmədiklərim ya da ki serial olan animelərdi)) Movie anime izləməyi daha çox sevirəm. Seriallar çox uzun gəlir davam etdirə bilmirəm bəzən sonacan. Ancaq yenilikcə serial olan animelərə də baxmağa başlamışam). Arada mən də qrup yoldaşıma baxdığım animeləri deyirəm baxmadığı animedisə o da baxsın deyə. Mənim baxıb da onun baxmadığı bir anime olanda təəccüblənmirəm desəm yalan olar) Animeləri izləyib onunla müzakirə etməyi də çox sevirəm. Oradakı sevdiyimiz ya da sevmədiyimiz obrazları, səhnələri müzakirə etmək gözəldi.

32925e006e815d5e02f176d151339339.jpg
link

Mən daha çox dram,dedektiv ya da ki sakit, melanxolik tərzdə olan animelərə baxmağı üstün tuturam. Nədənsə fantastika və döyüş mövzulu animelər məni cəlb etmir, bu eynilə filmlərdə və kitablarda da belədi mənimçün. Çox az hallarda fantastika mövzulu olanlara da baxıram ya bəyəndiyim bir main character olduqda ya da mövzunu çox bəyəndikdə)) Bu günlük bu qədər.
Marağınızı çəksə sizə də anime tövsiyə edə bilərəm✌🏼

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Anime'yə bir dəfə başladınmı dayanması çətin olur✌

Yaxşı ki, sən başlamısan hahaha🫂

Link verin biz də baxaq.

Ghibli studionun animelərinə baxa bilərsiniz məncə. Başlanğıc üçün gözəldilər

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

👍👍👍👍

Anime baxmıyan mən🥲. Gərək sınayaq, təşəkkürlər.

Mütləq sınamaq lazımdı. Bir dəfə başlayan bir də ata bilmir✌🏼

Animeyə mən də qrup yoldaşımın sayəsində baxıram 😂Fərqli bir hiss. İndi də bütün gün koreyalılara baxıram . Siz heç bilirsiniz niyə anime var?

Nə gözəl 😄 niyə var?

Ahaha onu da öz postumda deyəcəm ajsjs😂 Sizdən ilhamlanaraq yazdığımı da xüsusi qeyd edəcəm 💙

Yaxşı gözləyəcəm 😅