Arthur Schopenhauer ||#club5050

in hive-131355 •  3 years ago 

Bu adı eşitmisinizmi? Arthur Schopenhauer fəlsəfə tarixində pessimist alim kimi tanınan filosofdur. Bir çoxumuz yəqin ki, xoşbəxtlix,xoşbəxt yaşam axtarışında oluruq. Lakin Arthura görə bu hərəkət mənasız görünürdü. O fikirləşirdi ki, dünya xoşbəxt olmaq üçün dizayn olunmayıb. Bunu isə yaşlı insanların üzərindəki məyusluqdan anlaya biləcəyimizi qeyd edirdi. Həmçinin qədərindən artıq olan xoşbəxtliyin biz düşündüyümüz qədər yaxşı bir şey olmadığını və xoşbəxtliyin özü ilə birlikdə kədər də gətirəcəyini qeyd edirdi. O düşünürdü ki, insanlar həyatı boyu xoşbəxtliyə,onu artırmağa fokuslanmaq əvəzinə öz ağrılarına onları azaltmağa çalışsalar daha məntiqli olarmış.
c35374d5e0329dcc75333a85851af5ec.jpg
link
Schopenhauer-a görə ağrıları azaltmağın isə 2 yolu var:incəsənət və fəlsəfə ilə məşğul olmaq və qəhrəmanca yaşamaq. ONun fikrincə bu qədər ağrıya rəğmən insanları həyata bağlayan şey yaşamaq arzusudur. Bu hal bizim beynimizə kodlanmışdır və bizdən asılı olmur. Buna görə də insanların çoxu heyvanlar kimi bu hissin qarşısında aciz qalır.

8a212572bc6213a4cb3dfae5710c252d.jpg
link
Arthur insanlar arasında olan münasibətlərdə həddən artıq səmimiyyətin bir yerdən sonra pis nəticələrinin olduğunu düşünürdü. Və buna nümunə olaraq kirpiləri göstərirdi. Belə ki soyuq havalarda kirpilər isinmək üçün bir-birilərinə sığınmağa çalışırlar. Ancaq tikanları bir-birinə batdığı üçün soyuq olmasına baxmayaraq ayrılmaq məcburiyyətində qalırlar. Schopenhauer də insan münasibətlərindəki yaxınlığın nəticəsinin də belə ağrı olacağını bildirirdi.
Bəs siz necə bu fikirlərlə razısınızmı?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

İntrovert biri olaraq fikirlərinə müəyyən qədər razıyam.İnsanlar uzaq durmaq yaxşı bir şeydir amma tamamilə əlaqəni kəsmək olmaz.Həyatı axışına buraxmağa üstünlük

Adını ilk dəfə eşidirəm ama fikirlərini qismən doğrudu. Daha doğrusu bu dünya üçün doğrudu. Vəfasızlığın bu dərəcə yayıldığı dünyada xoşbəxtlik axtarışı max insanların özünü kəşf etməsinə uzanar. İnsanların səmimiyyətindədə xeyli haqlıdı :) Pisdə olsa gerçəklərdi. Düzəlmiş bir dünyada insanlar bir birləri ilə çox xoşbəxt ola bilər. Ama çətin düzələ bu dünya.

Dünyanın dəyişməsi üçün insanları dəyişmək lazım