Salamlar. Gözəl bir sualla başlayaq,steemit Azərbaycan. Görəsən biz həyatda ideallarımızı gerçəkləşdiririk,yoxsa gerçəklərimizi ideallaşdırırıq?
Məncə hər kəs, elə özüm daxil birincini etmək istəyir,buna çalışırıq. Nə qədər çətin olsa da.Hər kəsin həyatında olmaq istədiyi bir profil vardır.
Ancaq həmin insan olmaq asandırmı? Bunu bacarmaq sadəcə bizim əlimizdədirmi? Deyərdim ki,həm hə həm yox.Bəzən maddi,bəzən mənəvi cəhətdən qarşımıza çıxan maneələr bizi həmin profildən uzaqlaşdırır. İlk başlardakı etdiyimiz etirazlar heç özümüzdə hiss etmədən yerini qəbuledişə verir. Daha sonra elə ilk başdan vurğuladığım hissəyə gəlir həyatımız. Artıq yaşamalı olduğumuz həyatı qəbul edir və özümüzü inandırmağa çalışırıq ki, mən bunu yaşamaq istəyirəm. Məcburiyyətlərimizi həyat tərzimizə çevirdiyimiz an həyatın gerçək üzünü gördüyümüz andır.
Və bəzən də biz bu məcburiyyətə qarşı çıxıb həyatımızı özümüz reallaşdırırıq. Öz profilimizi özümüz yaradırıq. Həyatımızın mərkəzində özümüz oluruq. Yox deməyi bacarırıq. Yaşamalı olduğumuz həyatı ətrafımızdakı maneələr,məcburiyyətlər deyildə özümüz seçirik.
Salamlar Almaz xanım. Uzun zaman oldu postlara şərh yazmadığımız. Maraqlı gəldi postunuz, çünki sualla başladınız sonra öz maraqlarınızla cavablandırdlnız. Bu sualın cavabını yazzam uzun bir şərh alınar deyə yazmıram. Lakin bir iki cümlə ilə deyim ki, boşluqları doldurmaq üçün göydən yağan yağış daim o boşluqda qala bilmir yerini bir gün yeni yağacaq yağışa verir. Yəni biz həyatda hansısa boşluğu, ehtiyacı doldurmaq üçün işləri seçirik arzulayırıq. Lakin tutduğumuz boşluq nə qədər böyükdür? bu bizim ilk doğulduğumuz gündən o boşluğu doldurmağı düşündüyümüz günə qədər topladığımız damlalara bağlıdır. Bu hər şey deməkdir... uğurlar
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Salam, sualla başlamağı sevirəm, çünki sizlərin fikirləri də mənim üçün maraqlıdır. Rəyiniz üçün təşəkkürlər. 🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qələminizə sağlıq. ❤️
Ürəyinizcə həyat qurmağınız diləyi ilə. 🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər ✌🏼
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit