Salamlar. Gününüz necə keçir? Başqa postlarımda filmə baxmağı sevdiyimi vurğulamışdım. Bəzən tək bəzən isə qrup yoldaşlarım ilə online formada film və seriallara baxıram. Baxdıqca müzakirə etməyi sevən biriyəm. Düzdü elə anlar da olur ki, tək, danışmadan nə isə izləmək istəyirəm. Filmə və yaxud seriala baxmaq məni rahatladır,öz aləmimdən çıxarıb başqa bir aləmə salır. Filmlərdəki aktyor və aktrisaları sevirəmsə əgər daha bir əla. Bu yaxınlarda qrup yoldaşım mənə instagramdan post atdı, postu paylaşan "Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı "nın səhifəsi idi.
Belə ki, "film, popcorn, yerləriniz bizdən, gəlib izləmək sizdən" sözləri ilə bizlərə birlikdə film izləmək şansı tanımışdılar. İlk göstərəcəkləri film isə "Harry Potter and the Philosopher's Stone" idi. Təbii ki, 2 Harry Potter fanı, əvvəl də izlədiyimizə baxmayaraq bu dəfə birlikdə izləmək üçün getdik. Həm də uzun vaxt idi ki, həmin qrup yoldaşım ilə birlikdə nəsə etmirdik, buna daha çox sevinirdim.
Getdiyimiz yerdə maraqlı abu-hava var idi, hər ikimiz də bəyəndik. Filmə də sonacan maraqla baxdıq. Artıq xeyli gec olduğuna görə oradan çıxdıqdan sonra başqa nə isə edə bilmədik,yollandıq evə. Belə steemitçilər, əgər belə məşğuliyyətləri sevirsinizsə qurumun instagram səhifəsini izləyərək xəbərdar ola bilərsiniz.
Film gurmesi deyə bilərik sənə👌🏻😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
O levela çata bilməmişəm hələ çox heyf ki 😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit