Pəncərələr...||#club5050

in hive-131355 •  3 years ago 

Yaşımız,yaşadıqlarımız artdıqca həyata baxış pəncərəmiz də dəyişir. Uşaq ikən ən çox günəş işığı düşən,önü çoxlu çiçəklərlə bəzədilmiş daha alçaq olan pəncərədən daha saf duyğularla izləyirik həyatı. Biz böyüdükcə bu pəncərə də böyüyür ancaq onu əvvəlki kimi rəngli,gözəl saxlamaq yenə də öz əlimizdə olur sadəcə düşüncə və hislərimiz dəyişir daha da olgunlaşır. Həyatın pis də yaxşı da olsa gerçəklərini daha yaxşı görməyə başlayırıq. Balacaykən mənalandıra bilmədiyimiz şeyləri yaxından görüb öz mənasını başa düşmüş oluruq.

IMG_20220204_190150.jpg

Düzü bunu bütün insanlara şamil etmək də olmur. Bəzilərinin pəncərəsi elə dar qalır getdikcə kiçilir,bəzilərininkinə artıq günəş işığı düşmür, rəngarəng rənglərdən deyil də ağ və qara rəngdən ibarət olur,pəncərə önündəki çiçəkləri solur. Bu çiçəkləri soldurmamaq üçün arada buludlu, yağışlı günlər mütləqdir düzdü ancaq mütəmadi olaraq yox)

IMG_20220204_190448.jpg

Məsələn uşaq vaxtı parka gedəcəyimizi öyrənsək necə sevinərdik,havalara uçardıq. Gözümüzdəki parıltı hiss olunardı. Nə geyinəcəyimizi,saçımızı necə yığacağımızı həyəcanla fikirləşərdik. İndi də elədirmi? İndi məni parka aparacaqlarını desələr bu mənə qəribə gələr doğrusu) axı özüm də gedə bilirəm parka,bununçün başqasının aparması vacib deyil ki. Uşaqkən yaşadığım o hislər yoxdur artıq.Balaca ikən mümkün olması öz əlimizdə olmayan şeyləri indi özümüz bacardığımız üçün dəyərini itirib çox şey. İndi o pəncərə biraz solub,daha az günəş işığı düşür.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

Artıq o kiçik parkları unutmaq lazımdı. İndi daha böyük parklara getməyin zamandı, beləcə pəncərəni silir, günəşin tam qarşısına qoyuruq🙂.

Həvəs göstərib,çalışmaq qalır geriyə)

Getdikcə hər şeyə həvəsinin bitməsi..

Qatılıram(