Tətil bitir,tələbələrin rayondan şəhərlərə böyük köçü artıq başlayıb,mən də olardan biri. Sabah Bakıya qayıdıram deyə "rayondan gedən sumka" hazırlıqları başlayıb😅 Tətildə faydalı nələrsə etdim desəm yalan olar) Demək olar ki sözün əsl mənasında passiv 10 gün keçirdim. Elədiyim tək maraqlı şey isə animelərə baxmaq oldu. Bu tətil mənə bəs elədimi? Deyəsən bəs eləməyib. Yanvarda 20 günə 6 imtahan vermək məni çox gözəl yormuşdu) Amma nə yalan deyim məni yoran oxumaq yox stress idi. Çünki elə də oxuyan tələbə deyiləm, imtahana 1-2 gün qalmış oxumağa başlayanlardanam. Ancaq nə qədər əziyyət çəksəm, yüksək bal istəsəm də bu vərdişimdən əl çəkə bilmirəm.
1ci kursda offline imtahan verməyə təzəcə öyrəşirdim ki,online təhsil oldu( Yəqin ki online imtahanları necə verdiyimi təsəvvür edə bilərsiniz artıq😅 Onunçün yenidən offline imtahan vermək mənimçün çox böyük stress idi. Nə isə ki, kəsrsiz yola verməyi bacardım bu smestr də.Bunda təbii ki bəzi qrup yoldaşlarımın da payı var,mənə çox kömək olurdular imtahan vaxtı 🫂✌🏼
İndi yenidən dərsləri,midtermləri,smestr imtahanlarını fikirləşməyə başlamışam. Həmişə olduğu kimi yenə də smestr boyu az da olsa oxumağı, hər şeyi vaxtında etməyi düşünürəm ki, sonda çətin olmasın,ümid edirəm bu dəfə bu dediyimi yerinə yetirə bilərəm. Siz nə etmisiniz bu tətildə? Hazırsınızmı yeni smestrə?