Bu günüm yaxın olduğum bəzi qrup yoldaşlarımla birlikdə vaxt keçirərək keçdi. Bu smestr çox az harasa gedib görüşə bilirik heyf ki( Düzü bəzən mən əylənmək moodumda olmuram deyə onlarla birgə vaxt keçirə bilmirəm. Bu halımdan çox şikayətçi olmağa başlayıblar,əvvəlki kimi olmadığımı tez-tez dilə gətirirlər. Bu smestr biraz əvvəlki halıma qayıtmağa çalışıram😅
Qrup yoldaşlarımla birlikdə vaxt keçirib, əylənməyi çox sevirəm. Birlikdə olduğumuz vaxtın yarısı gülməklə keçir demək olar ki. Soruşsanız ki, gülməli çox hadisəmi olur belə? Yox. Ancaq bir-birimizə gülməyi də çox sevirik. Bəzən bir hərəkət ya bir söz dəqiqələrlə gülməyimizə hətta həmin şeyi başqa vaxt da yada salıb yenidən gülməyimizə səbəb olur. Bu gün də elə günlərdən biri oldu. Həmişə getdiyimiz,artıq oranın işçiləri tərəfindən də tanındığımız məkanımıza üz tutduq-"90'lar Cafe".
Bu kafe haqqında post yazılmışdı steemitdə siz də ora ilə tanış olmusunuz hər halda post sayəsində. Oyun oynadıq təbii ki, həmişəki kimi səsli küylü halda) Rezerv vaxtı bitdiyinə görə tez durmalı olduq. Biraz da şəhərdə gəzəndən sonra sağollaşdıq daha.
Xırdalana gəlirdim deyə Xırdalan və Sumqayıtda qalan qrup yoldaşlarımla qatarla gəlmək istədik. İlk dəfə idi qatarla gedirdim. Çox rahat və mənzərəsi də gözəl idi. Gün batımı vaxtı olsa lap əla olardı)
Hə,steemitçilər,bu postun da belə sonuna gəldik,digər postlarda görüşənədək.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit