Steemit Azerbaijanın yeni bir tələbə üzvü var. Kimdir bəs bu üzv? Adı Almazdır. Tələbədir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3.cü kursunda oxuyur. İxtisası İnformasiya Texnologiyalarıdır. Bir insanı tanımlamaq üçün istifadə ediləcək əsas nüansların bu məlumatlar olduğuna inanmır, Almaz. Yəni bu məlumatları bilsəniz məni tanımış olursunuz? Xeyr, dəyərli üzvlər. Ha, bu arada salamlar. Gəlin indi mənlə mənim dilimdən tanış olaq. İnsanların bir həyat fəlsəfəsi vardır. Hansı ki, onun əsasında addımlayarlar öz yollarında. Kimi insan üçün həyat paylaşılması gözəl bir anıdır. Paylaşdıqca hər şeyin artdığı fikri ilə razılaşar. Elədir, bəlkə də?
Həzz almaq deyə bir ifadə var. Həyatdan həzz almaq. Mən həyatdan həzz alan deyiləm. Elə həyat fəlsəfəm də budur mənim. Həyatdan həzz almaq çətindir, hətta bu mümkünsüz bir şeydir. Ancaq onu təşkil edən bəzi parçalardan həzz ala bilərik. Onda belə çıxır ki, bu parçaları elə seçək ki, həyatımız sadəcə həzz aldıqlarımızdan ibarət olsun? Alınar mı, bu? Yox, məncə. Çünki bizim əlimizdə olmayan elə yerlər var ki, bunu pozur. Məcburiyyətlərimiz var, etmək istəməsək də, etməli olduqlarımız. Çox uzağa getmədik ki?
Davam edək mənimlə tanışlığa. Hər bir insanın edərkən sanki özünü tapdığı, dincəldiyi, həm də zövq aldığı bir şey vardır. Məsələn, mənim şəkil çəkməyim kimi. Bəzən tanımadığım küçələrdə, tək-tənha qalmış skamyalarda, günəşin doğuşunda, batışında, bir sözlə xoş hiss yaşadığım hər bir anda, hər bir yerdə telefonuma sarılıram. Gəzməyi sevirəm, çatacağın yeri müəyyən etməli olmadığım zamanlar uzun-uzun yollar getməyi... Və nəhayət o dünyadan qopub, bir yerə getməliyəm dediyim anı da sevirəm.
Əylənmək, amma hər kəslə yox, yanında olduğum müddətdə zamanın necə keçdiyini bilmədiyim insanlarla əylənməyi sevirəm. Ümid edirəm ki, sevdiklərim sırasına yazı yazmaq da əlavə olunacaq. Son olaraq onu da deyim ki, nəticəsinin nə olacağını bilmədən çıxdığım yolları, atdığım addımları da sevirəm. Birlikdə addımlayacağımız Steemit yolumuz hər kəs üçün uğurlu olsun.
Güzel başlanğıc ilə gəldiniz,
Xoş gəldin☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördük :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
xoş gəldiniz 🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördük ✨
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gəldinizi. Sizinlə maraqlı Steemit yolculuğu olacaq deyə düşünürəm. Posd əla idi 👍🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördük,çox sağ olun )
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əla, düşüncə tərzimiz oxşardır, xoş gəldiniz😇
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər,nə gözəl xoş gördük ☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit