Yorğan ||#club5050

in hive-131355 •  3 years ago 

Hər vaxtınız xeyir. Bu dəfə sizə bu yaxınlarda görüb çox təəccübləndiyim bir mövzudan danışmaq istəyirəm. Mövzu isə postun adından da gördüyünüz kimi yorğanla bağlıdır. Bəli bizim qışda işlətdiyimiz yorğan. Ancaq yorğan dedikdə bütün yorğanlar nəzərdə tutulmur. Bura keçmişdə nənələrimizin,analarımızın sırıdığı çox qalın və ağır yorğanlar aiddi. Hansı ki, üstümüzə örtdükdə elə bil öz ağırlığımızda nə isə var))
51b9d40358d669ec123e9d3cafdec52c.jpg link
Hə deməli belə yorğanlar bizim psixologiyamıza yaxşı təsir göstərirmiş. Son vaxtlarda aparılan beynəlxalq təcrübələr vasitəsilə sübut edilmişdir ki, ağır yorğanın altında yatmaq yuxusuzluq, stress kimi bir çox psixoloji xəstəliklərə qarşı xeyirli təsir göstərir.
8f5834fcab6cb1d08f19cb2a4a5f68d4.jpglink
Bütün bu araşdırmalara görə öz ağırlığımızın 10%-i qədər ağırlıqda olan bir yorğanla yatmaq bizi sakinləşdirir, sinir sisteminin yaxşılaşmasına kömək edir və stress,qorxu, qəzəb hislərini azaldır. Bunun haqqında eşitməyənlər yəqin ki, siz də mənim kimi təəccübləndiniz. Düzdü hər kəs ağır yorğanla yatmağı sevməyə bilər,necə ki onlardan biri də mənəm) Siz bəs,necə yorğanla yatmağı sevirsiniz?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

İndi o adət-ənənəli yorğanlar artıq kənd-rayon yerlərində çoxluq təşkil edir. Son vaxtlar onlar da azalmaq üzrədir. Onların yerini sindifonlar tutub🤦🏻‍♂️ Çox təəssüfki, bəzi xırda-para şeylərdə sindifonlar üstünlük təşkil edir. O çox da önəmli bir şey deyil. Mənimçün də bu post çox maraqlı oldu. Bir əlavəm də olacaq, insanın ətrafında olan hər şey ona psixoloji təsir göstərir... Ağır yorğan seçimimdir. Pis də çıxmasın yuxuya başım qarışıq olanda yerimdə fırlanıram... Yorğanın ağır olmağı daha məsləhətlidir. Sürüşmə olmaması üçün.

Sizdən fərqli olaraq sintifonların üstünlük təşkil etməyinə təəssüf edə bilmirəm,ancaq sonuncu fikirlərinizlə razıyam😅

Təəssüfüm əsası da odur ki, dünya təbiilikdən çox süniliyə üstünlük verir. Nədir ki, can rahatlığıdır.

Fərqi yoxdu,əsas qışda soyuğdan qorusun😂😂

🤣