5 dekabr Könüllülər Günü

in hive-131355 •  3 years ago 

IMG-20200926-WA0072.jpg

Bu gün mənim və mənim kimi yüzlərlə gəncin könüllü günü idi. İnsanlar könüllülüyə bir az vecsiz, vaxt itkisi kimi yanaşsalar belə bəzi insanlar üçün bu çox sevilən bir dəyərdi. Hansı ki, könüllülük 1 il, 2 il çəkir və bitə bilir amma o müddətdə tanıdığımız insanlar, topladığımız xatirələr bizdə neçə illər qalacaq.

Mən könüllü kimi ilk dəfə sosial qayğıya ehtiyac duyan nənələrdən birinin evinə o qapısından ilk girişimi xatırlayıram. Bir qoca babanın evində içdiyim ilk çayı, evində yemək bişirdiyim ilk xalanı, əlindən tutub rəsm çəkdirdiyim ilk sağlamlıq imkanı məhdud uşağı xatırlayıram. Onların evindən hər çıxanda "Sən də uzaq şəhərdən gəlmisən, özgəsən buralarda kimsən yoxdu, nə vaxt istəsən gəl, süfrəm, qapım sənə açıqdı qızım" cümlələrini xatırlayıram. Başqa insanların "əşi boş vaxt itkisidi" dediyi könüllülük bizim üçün aylarla evinə adam gəlməyən nənənin evinə girəndə onun üzündə yaranan gülüş idi, mehribanlıq, qonaqpərvərlik idi.

Düzdür, bəlkə könüllülük bizim kariyeramız üçün böyük imkanlar yaratmayacaq, amma biz ömür boyu özümüz özümüzdə bir pay yaratdıq. Toplaşdıq, neçə lahiyələr yaratdıq, neçə işlərin öhdəsindən gəldik, özümüz üçün güldük, əyləndik, yeri gəldi necə dilxorçuluqlar yaşadıq. Amma hər şeyi bölüşərək, könüllü şəkildə yaşadıq, könüllülük başqa insanlar üçün, hətta bəlkə bizim üçün cuzi bir iş olsa idi belə biz o işə girmişdiksə onu ən laiqli şəkildə yerinə yetirəcəkdik, və bunu etdik.

Hansı sahədə olmasından asılı olmayaraq, könüllü olmaq mütləq ki ən azından insana 1 şey də olsa qazandırır, mən çox şey qazandım. Uzaqdan gəldim, və burada özümə yeni bir ailə, həyat qazandım.
1638684280471.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Könüllü xidmət göstərərn bütün insanlara teşekkür edirəm. Bayramınız mübarək Alsu xanım

Bitanesizz♥️

Bayramınız mübarək. İşlərinizdə uğurlar arzulayırıq👍🙏🤗