Çox insanın dilindən düşməyən bu ifadənin nə olduğunu və haradan gəldiyini bilmək istəyərdiz? Elə isə mən izah sizə danışım.
"Gözdən düşmək" cümləsinin mənası:
Dilimizdə pisləşmək, edilən yanlışlara görə insanlarda olan dəyərini itirmək mənasında deyim kimi işlənir.
"Gözdən düşmək" cümləsinin hekayəsi:
Bir ölkənin padşahı öz xalqı ilə çox gözəl rəftar edirdi, onlardan vergi almır, onlara çox gözəl davranır, bütün ehtiyaclarını ödəyirdi. Onun xalqından tək istəyi ətrafı təmiz saxlamağı idi. Ona görə də hər tərəf çiçəklərlə, ağaclarla əhatə olunmuşdu. Bir gün padşah öldü. Onu oğlu əvəz etdi.
Padşahın oğlu isə çox qəddar idi. Xalqa zülm etməyə başladı. Həddindən artıq vergi toplamağa və xalqı ağır işlətməyə başladı. Zaman keçdikcə kənd yoxsullaşdı. Ətraf mühitin nizamı da pozuldu. Padşah bir gün oğlunun yuxusuna girdi və ona dedi ki, sən mənim gözümdən düşdün. Bundan çox təsirlənən padşahın oğlu etdiyi işdən əl çəksə də, artıq gec idi və artıq heç nə əvvəlki kimi deyildi. “Gözdən düşmək” ifadəsi o vaxtdan dilimizdə işlənən bir ifadədir.
Maraqlı hekayə imiş 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit