Salam! Multfilmlərdə, filmlərdə gördüyümüz Ariel'i bilərsiniz. 16 yaşında, su altı kralının ən kiçik qızı. Çox şeyə sahibdir. Gözləntilər çoxdur. Mümkün edə biləcəyi şeylər sonsuzdur. Ən böyük gözlənti də; insanlardan uzaq durmaq.
link
Eh , bütün canlılar eyniyik, özümüzdə olmayana özənirik. Dəniz qızı olsan da, insanların yaşamına özənirsən. Ariel də hərkəs kimi, qurudakı yaşama çox özənirdi. Qadağalar və qurudakı yaşam tutqusuna əlavə olaraq da, boğulmaqdan xilas etdiyi şəhzadə olan insana aşiq olur. Təbii ki vəziyyəti anlayan kral çox qəzəblənir.
Ariel bu hadisənin üstünə çarəni dəniz cadugəri olan Ursula'da axtarır.
İnsan bədəninə qovuşmağın qarşılığında, o möhtəşəm səsindən vaz keçir.
Və təbiiki bir şərtləri var; insan qala bilmək üçün 3 gün içində şəhzadənin qəlbini qazanmalısan, əksi təqdirdə tutsaq ruhlar arasında yer alacaqsan.
link Ariel və şəhzadə təmsili.
Bunun fərqində olan Ariel də, əvvəlki utancaq halından çıxıb, tutqusu ilə şəhzadənin ardınca gedir. Şəhzadə Ariel'i qarşısında görəndə, "Sən o qızsan, o möhtəşəm səsini hələ də unuda bilmirəm." deyər. Təbiiki Ariel'dən səs çıxmır. Görüntü var səs yox, şəhzadə şübhələnir.
Tam biraz həll edildi, hərşey yoluna girdi deyəndə ,Ursula öz cildini dəyişdirib Arielin səsi ilə ortama gəlir. Şəhzadə bu səsə yenidən aşiq olur, Ursula ilə tam da evlənəndə, "hə" deyilən anda Ariel və dostları gəlir. Qağayı olan Scuttle, Ursulanın dəniz qabığı içərisində gizlətdiyi Arielin səsini Arielə geri qaytarır. Əlbəttə ki sehir pozulur, Ursula əvvəlki halına dönür. Bu vəziyyətdə də kral gəlir və olaylar olaylar. Sonlara yaxın kral, qızından ötrü darıxacaq olsa belə, qızının istədiyini edib onu sonsuzadək insana çevirir. Sonra da şəhzadə ilə "mutlu son".
Əslində bilirsiz, bu hekayənin sonu və əsas hissəsi ilə bağlı çox teorilər var. Hansı sizə xoş gələrsə artıq. Elə bilirsiniz şəhzadə ilə Ariel sonsuzadək xoşbəxt olurlar? Nç. Şəhzadənin bəxtində başqa biri varmış. Bəyəndiz bu sonu? Ya da Ursulanın əsas səsinin ortaya çıxdığı yeri deyək. "Ariel, Ursula'nı şəhzadə ilə evlənəndə basır. Cadugəri sıxı sıxı qucaqlayır. Heç sevgi görməmiş Ursula bunun qarşısında donub qalır. Sonra sehir pozulur, Ursula əvvəlki hala dönür. Ardından Arielin oyunu ortaya çıxır." Bunu necə, bəyəndiz? Belədiki, hekayəni bəyənməyən sonluğu dəyişdirir. İstəsəniz sizdə dəyişə bilərsiniz , könlünüzün istədiyi yerdə sonlandıra bilərsiniz. Onda belə birşey soruçum, istədiyiniz , layiq gördüyünüz sonluq necədi?