Axşamınız xeyir, əziz steemitçilər! Vəziyyətiniz necədi? Həyatınız necə gedir? İsti ilə bacara bilirsiz?🤒 Mənim istiyə heç dözümüm yoxdu deyə Maydakı o sərin havalardan sonra gələn bu isti biraz canımı sıxır (hərçənd bu vaxt havalar belə olmalıdır, ancaq May ayı bir anlıq həvəsləndirmişdi məni). Birdə imtahanlar 😮💨 , bilən bilir, həyat imtahanı nədir ki bunun yanında😂 Nəysə , zarafatdı təbii ki, amma yenə də əziyyətdi. Bizdə öz gələcəyimiz üçün çalışırıq onsuzda.
Sizinlə bugün biraz söhbət edək, amma mən danışım daha çox. Bu yerdə məni bilirsiniz demək daha uyğun olardı amma nəysə. Belə ki, məndə kiminə görə yaxşı kiminə görə pis bir xasiyyət var; gələcək məqsədlərimi, planlarımı, istək və arzularımı kimsə ilə paylaşmıram. Özümə saxlayıram. Kiçik-kiçik yaşayıb görmüşəm ki, nəysə balaca bir şey belə olsa istədiyimi kiməsə deyəndə alınmır. Niyə olduğunu bilmirəm, yəqin ki insanların istəklərimdə gözü yoxdu🤷🏻♀️
Əslinə qalsa bu bir gerçəkdir həmdə, planlarını kimsəyə deməmək. Tək mən olmadığımı da bilirəm, çox insan bu haqda demir heçkimə. Heçkimə çalışmağını göstərmə, qələbən səs çıxarsın deyirlər. İngilislərdə belə bir cümlə var, "Don't talk about your dreams, show their results." Yəni 'arzularından kimsəyə bəhs etmə, nəticəni göstər.' İnsanlara bacardığınızı sürpriz (ya da hər nə deyirsiz deyin) etmək istəmək ayrı birşeydir. Mənim özlüyümdə səmimiyyətsiz ya da düzgün görmədiyim bir şey , bu arzu məsələsini gizli və qaranlıq formada həyata keçirənlərdir. Səninlə heçnə paylaşmayıb amma sonra bacardığını pat deyə önünə qoyub alqış gözləyən biriləri.
Yaxşı, razılaşdıq ki arzulardan kimsəyə bəhs etməmək lazım, amma hər gün "ağlayıb" , səhəri gün alqış tutmağımızı gözləmək nədir!? Hə, təbii ki onlar sizdən hər şeyi eşitmək istəyərlər. Sizin diləklərinizi. Əgər heç bir şeyini danışmırsansa yaxın dost olmağımızın nə mənası qaldı!? Arzularınızı, qələbələrinizi, sevinclərinizi-hər şeyinizi gizlədin, bəs belə olanda mən niyə qələbələrimi sizlərlə qeyd edim ki? Belə davranışlar soyudan davranışlar sayılır məncə. Sizcə elə deyil? Sonra da insanlar niyə yalnızlaşır deyirlər, bunlar: kin, kibir, gizliliklər olan yerdə kim qalar ki? Sevinclər paylaşdıqca çoxalır. Hərşeyə rəğmən insanların düzələcəyinə hələ də ümidim var.
Bilirsiz, öz həyatımda kiçik-kiçik belə şeylər yaşamışam, ətrafımdakı insanlarda birə-bir görmüşəm, xoş deyil, heç həmdə. Keçən dəfə biri məndən soruşdu arzularımı, "arzularımı kiməsə demirəm, deyəndə gerçəkləşmir" dedim. Niyə demədiyimi, mənasız hərəkət elədiyimi dedi mənə. Bu sözünə görə mən soruşdum ki, bəs sənin arzun nədi deyə. "Heç o haqda fikirləşməmişəm, deyəsən arzum yoxdu" dedi mənə. Necə yəni o haqda fikirləşməmişəm, necə yəni arzum yoxdu!? İnsan arzusuz necə yaşayar ki? Çox bəlli idi ki yalan deyirdi. Yəni mənə "mənasız hərəkətdi" dediyi şeyi özü də edir. Mənasız hərəkətmiş🤷🏻♀️ Elə olsun. Siz yenə də arzularınızdan kiməsə bəhs etməyin. Sizdə qalanda gerçəkləşmə ehtimalı daha çox olur, onsuzda kimsə kömək etmir gerçəkləşməyi üçün.
#club5050 || THE DİARY GAME Better Life. || "Arzularınızın dəyəri" || 03.06.2022 || (100% beneficiaries for Steemit Azerbaijan)
hive-131355 thediarygame club5050 steemexclusive steemitazerbaijan writing photography steemitstudent
Aleykum SALAM.Hər vaxtınız xeyirli olsun. Bir təhər yola verirəm. Havanın nəbzini tutmağa çalışırdım. Daha buraxdım öz axarına. Əslində elə olmalıdır. Motivasiya mövzulu çox yerlərdə qarşılaşdığım əsasdır. Sizdən bir balaca fərqli olaraq görəcəyim işlə ətrafımda çox danışırdım. O səbəbdən yoxki, özümü kimdənsə üstün tutmaq. Xeyir. Sadəcə bölüşürdüm kiməsə faydam toxunar. Hətta şəbəkə marketinq treninqlərin birində bir qadın çox-çox təkrarlayaraq demişdi ki, arzularınızı,görəcəyiniz işləri , məqsədiniz ətrafınızda danışmayın. Arzularınızı oğrayarlar. İlk dəfə bunu dərk etməmişdim hətta bunu təkrarlayaraq gülürdüm. Başına gələn başmaqçı olar deyiblər. Başıma gələnlərdən sonra özümə bir balaca çəki düzən verdim. Kim məndən nəsə soruşur, gələcəyə nəsə qurmaq falan...Mən də cavabımda heçnə iş-ev beləcə günlərimi yola verirəm. Bu vəziyyətdə də deyirlərki, krisadı. Saman altdan su yeridir.Boş-boş fikirlər. Sadəcə hər şeyin öz vaxtı var. Amma can bir qəlb bildiyin insanla bölüşmək olar desəm yalan olar. Çünki, ona da artıq inam qalmayıb. Tanışınızın gözəl taktikası var. 😂 Söhbəti çox da uzatmayın. Axı rəy yazıram post yox)) son dərəcə bir xahişim var. Postu yazarkən foto ilə mətn arasında heç olmasa bir abzas məsafə qoyun...Beləcə yazdığınız post daha da gözəl görünəcək...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mən dürüstcə deyirəm ki, çox da danışmağı sevmirəm arzularım haqqında. Kimsə də məcbur danışdırası deyil ki😄 Bir gün hamının başı əhlət daşına dəyəcək, onda biləcəklər ki hər şey hamının yanında danışılmır. Təbii ki arzulardan bəhs edirəm. Siz birşey yaşamısız deyə artıq etmirsiniz, amma türklər demiş sinsilik edib deməyənlər var , yazdıgım 2 şey arasında çox çox incə cizgi var , anlayırsınız siz məncə. Yaşayaq görək də , nə deyirəm🤷🏻♀️ Xaişinizi yerinə yetirəcəm , mütləq😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Düz buyurursuz. Əvvəl-axır çoxunun başına gələcək. Etmirəm deməzdim, bəzən olurki, ixtiyarı olaraq məqsədim barəsində danışıram. Sonra da vəziyyətim🤦🏻♂️ Bəli onu da əlavə edimki, hər şey hər zaman heç də göründüyü kimi olmur sinsiliklə bağlı. Anlayışlı qarşılaşdığınız üçün təşəkkür edirəm. Təsəvvür edin ki, 1 abzas yazdığınız postun gözəlliyinə rəng qatır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İstəyərdim ki heçkim yaşamadan bilsin, amma bəllidi ki bizlər bəzi şeyləri təcrübə etmədən yerinə yetirmirik🤷🏻♀️ Qəşəng commentləriniz üçün mən təşəkkür edirəm😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəzi məqamlar vardır ki, o anları insanın yaşayaraq dərk etməsi daha vacibdir. Yaşanmadan öyrənilərsə həyatın mənası qalmaz. Bu bizdən asılı olmayan bir şeydir. Bizdən bu anları yaşamayan olsa da, haradasa, kimsə artıq həmin anları yaşayır və biz də nəticə çıxarırıq. Buna həyatın qanunu da demək olar. Buyurun xoşdur. Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.🙏
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit