Salam, steemitçilər! Ümid edirəm ki əlasız. Mən əlaya yaxınam🤫 Bilirsiz, bu gün ilk dəfə dənizə getdim, tam olaraq dənizə girilməli olan formasına. Əslində danışacaq çox da birşey yoxdu amma ilk dəfə olduğu üçün sizlə paylaşmaq istədim. Maştağadakına getmişdim, çox qəşəng idi. Düzü böyük su kütləsindən çox qorxanam, ən böyük fobiyalarımdandı. Niyəsini soruçmayın, bilmirəm😶 Amma bu gün qrup yoldaşımın anası dəvət etmişdi deyə getdim.
Piknik bənzəri birşey də etdik. Çoxlu çoxlu şəkillər çəkdirdik. Düzü dənizə çox girə bilmədim, kiçik kiçik balıqlar vardı, onların balacasına nə deyilir bilmirəm😄 Onları ayağımda gördüyüm kimi çıxdım. Mənasız fobiyalarımdan biri, kiçik canlılar. Səhv anlamayın, uşaqları demirəm, böcək ölçüsündə olan canlıları deyirəm. Su fobiyamı həll edim, ilk iş yenə gedəcəm. Amma bu kiçik canlılara olanı necə həll edəcəm bilmirəm. Əh, çox da vacib deyil məncə. Siz sevirsiz dəniz? Çox getmisiz? İlk dəfə olduğunu nəzərə alsaq, mən bəyəndim. Ən yaxın zamanda mütləq birdə gedəcəm.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!