• "Gözləntilər" || #club5050 || 26.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 

Hiss etmisiniz, son zamanlar xoşbəxt insanlar çox azdı? Dünyanın vəziyyəti ilə əlaqəli deyil, mənəvi dünyasında xoşbəxtlik hiss etmir artıq çoxluq. İnsanlarla əlaqəsində həmişə bir xəyal qırıqlığı, həmişə bir gözlənti və həmişə bir səbəb axtarma olur. Xoşbəxt olmağın sözsüz ən asan yolu, insanların hərəkətlərində bir səbəb axtarmamaq və gözləntiləri minimuma endirə bilməkdir. Hərkəs bizlər kimi hərəkətlərində bir səbəb barındırmır çünki. Bir hərəkət edər, bir söz deyər, amma sadəcə canı istədiyi üçün. Səbəbsiz.
IMG_20220526_000350_269.jpg
Umma ki küsməyəsən deyir köhnələr. Xəyal qırıqlığı da gözlənti qaynaqlıdı həmişə. İnsanlar hərəkətlərini həmişə bir səbəbə bağlamaq məcburiyyətində deyil, biz bunu görmürük və istəyimizə uyğun davranılmayandada xoşbəxt olmuruq. İnsanların çoxu belədi deyəsən. Amma bilməliyik ki həyat hər zaman səbəblər çərçivəsində davam etmir. Deməli xoşbəxt olmaq üçün bəzi şeyləri dəyişdirməliyik.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!