"Gülümsəyən depressiya" 🌝 ||#club5050

in hive-131355 •  3 years ago 

Salam! Steemit Azerbaijan ailəsi. Heç depressiyada olan biri ilə rastlaşmısız? Oturub söhbət etmisiz? Ya da hansısa simptomunu özünüz yaşamısız? Gəlin sizlərlə günümüzdə ən çox rastlaşdığımız; özümüzdə ya da hansısa yaxınımızda, tanışımızda görülən depressiya növündən danışaq. "Gülümsəyən depressiya". Gülümsəyən depressiya, içlərində depressiyanın hər simptomlarını yaşasalar da, xaricdən baxılanda xoşbəxt görünən və kədərlərini gülümsəməklə gizlədən insanlarda görülən psixolojik xəstəlikdi. Bu cür insanlar əsasən ailə və dost çevrəsində stabil bir düzəni olan, iş sahibi və yüksək təhsil səviyyəsində isanlardı. Belə baxanda həyatında , çevrəsində heçbir problem yada uyğunsuzluq görülməz. Amma qapalı qapılar arxasında özləri ilə heç bitməyən bir savaş içərisindədirlər. Onların zehinləri hər zaman: dəyərsizlik, tükənmişlik, yetərsizlik, ümidsizlik və s kimi bəd düşüncələrlə dolu olur.

IMG_20220203_181956_779.webp

Gülümsəmək isə onların ətrafa qarşı, yaxşı olduqlarını inandırmaq üçün istifadə etdikləri mexanizmadı. Belə vəziyyətdə də insanlar depressiyada olduğunu başa düşməyə bilərlər. Yardıma ehtiyacı olan insanlar, adətən yardıma ehtiyacı olmayan insanlara bənzərlər. Və çox vaxt depressiyada olduqlarının fərqində olmurlar yada qəbul etmək istəmirlər. Bilirik ki, depressiya bilindiyi qədər asan bir xəstəlik deyil. Müalicə olunmadığı müddətcə uzun müddət insanla qala bilər. Aylarca, illərcə yada ömrü boyu. Bilərsiniz, Van Gogh həyatı boyu maddi sıxıntı yaşamışdı. Uzun illər ruhi xəstəlikdən, maddi sıxıntıdan və depressiyadan əziyyət çəkmiş, 37 yaşında isə vəfat etmişdir.

Vincent_Willem_van_Gogh_002.jpg
link
Bu əsər onun son illərdə çəkdiyi əsərlərdən biridi. O "Əbədiyyətin astanasında" əsərində sıxıntı və ümidsizliyi əks etdirib. Və bu əsəri ərsəyə gətirdiyi il intihar etmişdi. Məlum olmuşdur, depressiya xəstəliyi vaxtında müalicə olunmasa, nəticəsi çox ağır ola bilər. Depressiyada olan insana qətiyyən "Bu qədər böyütmə", "Səndən daha pis vəziyyətdə olanlarda var", "Hər şeyin var niyə xoşbəxt deyilsən?" kimi cümlələr istifadə edilməməlidi. Depressiyada olmağı məntiqli bir açıqlamasının olmasına ehtiyac yoxdu.

IMG_20211213_114954_971.webp

Dünyadakı bu zamanda, çətinliklərin çox olduğu vaxtda depressiya görülə biləcək ən yayılmış xəstəlikdi. Ətrafımızdakı hərkəs depressiyada ola bilər. Buna görə də insanlarla danışanda diqqətli davranmalı, cümlələrimizə diqqət etməliyik. Hər kəsin başına gələ biləcəyini nəzərə alsaq çoxda çətin birşey deyil 🙂 Bu qədər steemitçilər. Özünüzə yaxşı baxın, digər postlarda görüşərik!♡

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Mən bu əlamətlərin xəsdəlik olduğunu bilmirdim. Təcili müalicəyə ehtiyacım var. Təşəkkürlər məlumat üçün😄

Əgər ciddisizsə, diqqətli olmağınızda fayda var. Təşəkkürlər🌸

"Yürüyen yıkık" 🥲😂

elə də demək olar😂🫂

Hər gülüş həqiqi deyil. Bəziləri qanaxır. :)

doğrudu, həqiqəti gizlətmək üçün gülənlərdə çoxdu🙂

Saxta gülüşlər içində gəncliyimizdə boğuluruq deyəsən🤣🤣

gəncliyimizdə saxta gülüşlər içində boğuluruq😀🥲