• "Əsaslar" || #club5050 || 31.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 

Düşünürük ki, həyatımızın idarəsi təkcə bizim əllərimizdədir. Deyil , hər zaman həyatımızın ən mərkəzində olan qanunlar vardır. Hansı ki, istəsək də istəməsək də "həyat qanunları" sayılan qanunlar. Dəyişə bilməyəcəyimiz, amma bu qanunları bilməyin həyatımızı asanlaşdıracaq gerçəyi olan qanunlar. Siz də bilin deyə 19 qanunu bir yerə gətirdim🤗
IMG_20220529_002439_179.jpg

1 •Willoughby qanunu- əgər birinə bir aparatın işləmədiyini sübut etmək istəyirsinizsə, o aparat mütləq işləyəcəkdir.
2 •Andrew Young qanunu- əgər yüz iş adamı legal olmayan bir iş qurmağa qərar verərlərsə, o iş legal olar.
3 •Murphy'nin 4 nömrəli qanunu- nə zaman ki ertələdiyiniz bir işi sonunda görməyə qərar versəniz, bu zaman mütləq başqa bir işiniz çıxar.
4 •Lofta'nın gözyaşları- heçkim, sizi özünüzü yaxşı hiss etdiyiniz zaman tərk etməz.
IMG_20220529_002348_124.jpg
5 •Murphy'nin 5 nömrəli qanunu- hər həll, bərabərində başqa problemlər gətirər.
6 •Fant qanunu- bir əliniz dolu ikən digər əlinizlə qapının kilidini açmalı olsanız , açar mütləq əlinizin dolu olduğu tərəfdəki cibinizdədir.
kapinin-ustunde-anahtar-gormek-2324.jpg
link
7 •Murphy prinsipi- yaxşı bir səhv etməyin hər zaman yaxşı bir yolu vardır.
8 •Goodwin qanunu- gözlə görülə bilən hər bir şey tənqid olunmağa məhkumdur.
9 •Kovac'ın qanunu- səhvən bir nömrəyə zəng vursanız, o nömrə heç vaxt məşğul olmayacaqdır.
10 •Alaturka'nın quyruq qanunu- marketdə və ya başqa bir yerdə bir sıraya girsəniz, sizin girdiyiniz sıra mütləq ən yavaş irəliləyən sıra olacaqdır.
Screenshot_3_2.jpg link
11 •Murphy'nin 3 nömrəli qanunu- əgər bir neçə işinizin tərs getmə ehtimalı varsa, mütləq sizə ən çox zərər verən işiniz tərs gedəcəkdir.
12 •Fulton'un cazibə qanunu- düşən bir şeyi əsla tutmağa çalışmayın, buraxın düşsün, daha az zərər görəcəkdir.
13 •Önəmli insanlar qanunu- əgər heyranlıq və ya çox böyük hörmət bəslədiyiniz bir insan qara-qara düşünürsə, böyük bir ehtimalla günorta yeməyində nə yeyəcəyini düşünür.
14 •Murphy qanunu- bir işin tərs getmə ehtimalı varsa, o iş mütləq tərs gedəcəkdir.
15 •Murphy'nin 2 nömrəli qanunu- hər bir iş düşündüyünüzdən daha uzun çəkər.
16 •Axwell qanunu- əgər yaşadığınız ölkədə havanı istifadə edə bilib amma suyu içə bilmirsinizsə, ölkəniz geri qalmış, suyunu içib havasından istifadə edə bilmirsinizsə inkişaf etmiş bir ölkədir.
IMG_20220529_002231_271.jpg
17 •Monly'nin qanunu- məntiq, yalnış nəticəni özgüvənini itirmədən sistematik bir yolla əldə etmə yoludur.
18 •Murphy'nin 6 nömrəli qanunu- nə zaman birşeydən vaz keçsəniz, o şey sizə geri dönəcəkdir.
19 •Murphy'nin 10 nömrəli qanunu- hərşey yolunda gedirsə, mütləq bir tərslik vardır.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Çox maraqlıdı hamısı. Hamsını yaşamış kimi oldum. 😆
Murphy'nin 10 nömrəli qanunu- ən yaxşısı budu. 😄

məndədə ən çox yaşadığım odu😢😂