Balanslaşdırma və fokus...

in hive-131355 •  3 years ago 

İndiyə qədər məni yıxan ən böyük şey eyni vaxtda bir neçə işə birdən cəhd etməyim olub. İsitisnasız olaraq, ta 4 illik universitet dövründən, bu günə qədər, yəni 6 ildir ki, özümü çox yükləməyə çalışır, heç nəyi axışına buraxmır və stress altında yaşamağa çalışıram.

Zaman keçdikcə etdiyim səhvimi deyim, yanlış yanaşmanımı deyim, artıq anlamış və qəbullanmışam. Bəsdir özümü yıpratdım!

pexels-shiva-smyth-1051449.jpg
Link to Photos

Dünənə qədər günümü mənasız bir şəkildə bölürdüm. Ay nə bilim, səhər saat 9-a qədər Photoshop öyrənəcəm, 9-dan günorta saat 2-yə qədər marketinq öyrənəcəm, 2-dən 6-ya qədər e-ticarət öyrənəcəm, 6-dan axşam 9-a qədər alman dili öyrənəcəm, 9-dan gecə 1-ə qədər də kinoya, və ya filmə baxa bilərəm və.s...

Sizcə, belə mənasız və monoton həyat olar?

Özümü saldığım mənasız və uçuruma aparan bu çarxın gec də olsa, fərqinə vardım. Hər şeyin başın buraxdım. Nəyi bilirəmsə, son 4-5 ildir, nəyin içindəyəmsə, oturub o şeydə özümü irəlilətməyə çalışıram.

pexels-marcelo-moreira-2225771.jpg
Link to Photos

Həyatım elə rahatlayıb ki. Sən demə, məni stressə salan, boş-boş seçimlər qarşısında qoyub, sonra heç bir şeyi edə bilməyib bir kənara qısdıran bu vərdişlər imiş.

Bunlar sadəcə özümə etdiyim müəyyən etiraflar idi. Dəyişib-dəyişməmək isə özümdən aslı...

Son dönəm yaşadıqlarım bir daha yeni bir şeylər etmək üçün ümid verir mənə. Artıq normal bir iş mühitindəyəm, hər cürə münbit şəraitim var. Can atıb öyrənmək istədiyim nə varsa, son 4 ildir içində olduğum sahə ilə bağlı olmalıdır. Başqa halda yenə mənasız və yorucu o seçimlər quyusunun içinə düşəcəyəm. Əminəm!

pexels-george-becker-359564.jpg
Link to Photos

Zaman keçdikcə özümü daha yaxşı tanıdığımı görürəm. Tanımaq bir qırağa üzərimdə işləməyi, özümü yontmağı bacarıram. Şüuraltımda çoxlu ağırlıqlar, çoxca həllini gözləyən problemlər var, hansı ki hamısını bir kənara yazmışam, həlli isə məndən aslıdır.

Çox ağır bir proses olduğunu bilirəm, amma çox çalışacam ki, disiplinli olum. Disiplinli olmağa elə ilk bu yazı ilə başladım, iki seçimim vardı, ya bu yazını yazacaqdım, ya da uşaqlarla görüşmək üçün yol çıxacaqdım. Nə qədər çətin də olsa, bunu yazmağı seçdim və yazdım!

Oxuduğunuz üçün təşəkkür edirəm. :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!