Son zamanlar bir qəribə xoşbəxt hiss edirəm. Düzdür, bəzi şeylər yolunda getməyə bilir, nə bilim, planlamam alınmır, amma yenə də çox xoş hiss edirəm. Bu hisləri yaşamaq üçün çox gözləmişəm, çox. Üstəlik, gözləmək bir qırağa çox əziyyətlər çəkmişəm.
O daşların yerinə oturması, qapının üzünə açılması söhbəti insanın özündən aslıdır. Bəzən gələn gələn fürsətlərə hə demək lazımdır.
"Yes Man" filminə baxanlar nə izah etdiyimi daha yaxşı tutar. Fürsətlər ayağıma gəldiyi zamanlar nadir olub. Hər zaman bir şey üçün çalışmamışamsa, heç vaxt şansım gətirməyib. Amma çalışmışamsa da, inanmışamsa da, yolunda getməyən heç bir işim olmayıb.
İnanmaq, çoxlu inanmaq. Və ən əsası bir yerdə durmamaq lazımdır. İnsan yeniliklərə açıq olduqca yeni fürsətlər də özlüyündən insanı tapır. :)