Düşüncələri əkmək, özünü yetişdirmək...

in hive-131355 •  3 years ago 

Düşüncələr də bitki kimidir. Necə ki bitkiləri əkirsən, bəsləyirsən, böyüyür, düşüncələr də elədir: əkirsən, bəsləyirsən, zamanla sənin bir parçan olur.

Bir məsələ də var ki, biz bizə lazım olan bitkiləri əkirik. Söyüd əkirik ki, kölgəsində oturaq, gül əkirik ki, həyətimiz gözəl görünsün və.s ilaxır. Həyətimiz daxilində bitən bütün bitkilərdən biz sorumluyuq. İcazə vermərik ki, yabanı bitkilər həyəti götürsün.

pexels-akil-mazumder-1072824 (1).jpg
Link to Photo

Böyük ehtimal əksəriyyətimiz düşüncələrimiz barədə, beyinimiz barədə bu xətti tutmuruq. Halbuki tutmalıyıq. Beynimizdəki düşüncələri də kontrol etməliyik. Kontrol edilməyən düşüncələr biz bilmədən bizi yeyib bitirir.

pexels-greta-hoffman-7728122.jpg
Link to Photo

Şəxsən özümdən bilirəm bunu. Düşüncələrin kontrol altına alınması vacibdir.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!