Qarpızı alıb evdə rahatlıqla yeməklə çöldən dərib yemək arasında ən böyük fərq çöldən dərərkən alınan zövqdür, həzzdir.
Bu yaxınlarda yaxın dostumla qarpız sahələri olan yerlərdə gəzməyə çıxmışdıq. Birdən qərarlaşdırdıq ki, gəl qarpız dərib yeyək. Sahə kimin olur olsun, icazəsiz də olsa, bir qarpız dərməkdə qəbahət görmürəm.
Mənə görə etdiyimiz oğurluq sayılmaz. Nəticədə o qədər qarpız itkiyə gedir ki... Və biz sadəcə birin dərib yeyirdik.
Həm çöldən qarpız dərib yeyərkən bıçaq da olmur deyə, əlimizlə yeyirik, hər şey o qədər təbii olur ki. 😅