Son günlər... || Yenidən Belirsizlikler

in hive-131355 •  3 years ago 

Son vaxtlar həyatımda yenə qeyri-müəyyənliklər, belirsizlikləri görürəm. Hər şey qaydasında gedir, işlər yolundadır. Sadəcə nəsə çatışmır.

pexels-pixabay-277593.jpg
Link to Photos

Günlərdir, çatışmayan bu şeyi araşdırıram, anlamağa çalışıram. Gəldiyim qənaət bu oldu: rejimli öyrənmə sistemimi pozmuşam, bir növ həyatımın başın buraxmışam. :D

Oturdum, təcili surətdə həyatımı qaydaya salmaq üçün etməli olduqlarımı bir cədvələ tökdüm. Bu aralar işlə də bağlı olaraq həyatıma yeni şeylər daxil olub, bu yeni şeylər elə şeylərdir ki, konkret hobbiyə çevirə bilərəm. İşin ilk həftəsində bu yeni şeylərə vaxt ayırmağım bir az beynimi qarışdırdı.

pexels-ann-h-2646530.jpg
Link to Photos

İndi özümə bir inkişaf planı hazırlamışam. Seçimlərimi azaltmalı və mənə lazım olan, hazırda içində olduğum işlərdə özümü möhkəmləndirməliyəm. Son zamanlarda çox şeyə birdən girişməyə çalışıram, o da yorur məni. Artıq anlamışam ki, seçimləri azaltmaq lazımdır. Nə qədər az seçimin olarsa, o qədər daha prodaktiv, məhsuldar olursan.

pexels-jeshootscom-1040157.jpg
Link to Photos

Yaxşı şeylər olacaq. İnanıb, davam etməli, toparlanmaq lazımdır.

Hər birinizə bol qazanclar! :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Başdan ayağa bəhanə postu :)