Tarixi şəxsiyyətlərimizdən sitatlar...

in hive-131355 •  3 years ago 

Bayraq muzeyindən qalan maraqlı bir digər fotoları sizlərlə paylaşmaq istəyirəm. Muzeyi gəzərkən Azərbaycanın tarixi şəxisiyyətlərindən müyyən fotolar vardı ki, diqqətimi dərhal çəkmişdi. Tarixi şəxsiyyətlərimizin bir qismi ta orta əsrlərə aid idi, bir qismi keçən əsrin əvvələri Cənubi Azərbaycanına, bir qismi isə Sovet dövrü Azərbaycanına aid şəxslər idi.

Könül istərdi ki, daha da çox şəxsiyyətin fotoları, sitatlarından ibarət bir şeylər çəkim, amma nə edək ki, yalnızca 3 ədəd foto çıxara bildim.

Deməli, ilk olaraq Azərbaycan və İran tarixində böyük iz qoymuş Şah İsmayıl Xətainin sitatından ibarət fotonu sizlərlə bölüşmək istərdim. Deməli, Şah İsmayıldan söz düşəndə muzeyin direktoru dedi ki, bəs bilirsinizmi ki, niyə ona Xətai deyirlər, biz də dedik ki, yox.

Belə bir açıqlama gətirdi ki, güya vaxtilə etdiyi hansısa bir xəta ilə bağlı imiş. Dəqiqini araşdırmamışam. Oxşarlıq var, hə, amma nə dərəcədə düzgündür, bilmirəm.

IMG_20211105_124423.jpg

İkinci sitatlar isə 20-ci əsrin əvvəllərində represiya qurbanı olmuş Azərbaycanlı şair və yazıçılarımızdandır. Hər ikisinin sitatından dövrün mənzərəsini canlandırdıqları hiss olunur. Mikayıl Müşfiq sanki daha satirik bir şəkildə yazıb deyə düşünürəm.

Hüseyn Cavid isə bir şeylərdən gileylənirmiş. Ümumiyyətlə, Cavidin əsərlərini məktəb vaxtlarından sevərdim. İstər Mikayıl Müşfiq olsun, istərsə də Hüseyn Cavid, hər ikisi xalqımızın düşüncə tarixində böyük izlər qoyub getdilər.

IMG_20211105_124431.jpg

Muzeydə istatları olan bir digər tarixi şəxiyyətlərmiz isə Cənubi Azərbaycan milli azadlıq hərəkatının öndəgedərlərindən olan iki sərkərdəmizə: Səttar Xana və Şeyx Məhəmməd Xiyabaniyə aiddir.

Ümid edirəm, onların istəyi bir gün gerçək olar. Mütləq ki olacaq da. Bizə birləşməsələr belə, cənubdakı türklər orda öz sözün mütləq ki bir gün deyəcək.

Hələ də yadımdadır, 10-cu sinifin tarix kitabından bu Azadlıq Hərəkatı olan yerlərə gələndə həvəslə və yavaş oxuyurdum ki, görüm müstəqillik qazanılacaq mı, yoxsa yox. Yəni, o dərəcə özümü kitaba qapdırırdım. :)

IMG_20211105_124545.jpg

Hər bir şəxsiyyətimiz tariximizdə çox önəmli izlər qoyub. Ümid edirəm, bir gün onların istədiyi Azərbaycan mövcud olacaq.

Oxuduğunuz üçün təşəkkür edirəm. Yaşasın Azərbaycan!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!