Yorucu bir günü daha geridə qoydum. Bu gün o qədər iş dalınca qaçdım ki, işdən 6 saatdan çoxdur ki, gəlsəm də, ayaqlarımın ağrısı hələ də keçməyib. Xoşbəxtlikdən bu gün cümə günüdür, ən əsası, ən vacibi, ən motivasiyavericisi bu gün həftəsonudur. :)
Bu gündən 2 gün evdəyəm. İstirahət etməyinə o qədər də istirahət etməyəcəm. Qarşıdan Zəfər Günümüz gəlir deyə, bu özəl günə aid bir videoçarx hazırlamalıyam.
Əslində, videoçarx işi qarşıma bir iş kimi qoyulmayıb, bir normal foto dizaynı ilə də yola verə bilərəm. Lakin istəyirəm, yaxşı bir iş çıxarım.
Bu arada, bu gün çox yaxşı yatmaq istəyi gəlib. Elə-belə yox ha, konkret yatmaq, yorğunluğu çıxarmaq istəyi. 2 tapşırığım qalıb, onları da edib, rahat yata bilərəm. :)
Sabaha ediləcək çox şey olmasına baxmayaraq, çox gözəl hiss edirəm. Xoşbəxtəmmi deyim, rahatmmı deyim, tam ifadə edə bilmirəm. İnsan işlərini etdikcə, daha da motivasiya alır. :)