Salam dəyərli dostlar.
Bu dəfə Beynəlxalq 8 Mart qadınlar günü haqqında yazaq Daha doğrusu bu bayramın yaranma tarixindən.
Bu bayramın yaranmasına 1908-ci ildə ABŞ-da,Nyu-York şəhərində tekstil sənayesində ağır şəraitdə işləyən qadınların kütləvi etiraz aksiyaları səbəb oldu.
Bununla əlaqədar növbəti 1909-cu ilin fevralın 28-i Amerikada Milli Qadinlar günü kimi qeyd olundu.
Beynəlxalq qadınlar gününün qeyd qeyd olunmasını isə ilk dəfə 1910-cu ildə Kopenhagendə keçirilən 2-ci Beynəlxalq sosialist qadınların konfransında Klara Setkin təklif edib.
Əsas məqsəd qadınlara seçki hüququ verilməsi idi.Bu təklif 17 ölkədən 100 qadın tərəfdən dəstəkləndi.Amma həmin gün bayramın keçiriləcəyi gün təyin olunmamışdı.1914-cü ilədək ayrı-ayrı ölkələrdə bu bayram martın fərqli-fərqli günlərində keçirilirdi.
İlk dəfə 1911-ci ilin martın 19-u Almaniya,Avstriya,Danimarka və İsveçdə qeyd olunub.
1914-cü ildə Avropanın bir çox ölkələrində,Rusiyada,ABŞ-da qadınlar bu bayramı martın 8-də qeyd etdilər.
Rusiyada 1917-ci ildə 8 martda(23 fevral) qadınların keçirdiyi mitinq böyük bir inqilabi hərəkətə səbəb oldu,hansı ki,Rusiyada monarxiyanın devrilməsinə gətirdi.
1921-ci ildə kommunist qadınların 2-ci qurultayında 8 mart Rusiyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması qərarı verildi.
Dəyərli xanımlarımızı 8 mart bayramı münasibəti ilə təbrik edirəm.