Salam dəyərli dostlar.
Yəqinki,postun başlığı sizi çaşdırır. Düşünürsunüz Ağ ev hara, Filarmoniya hara?
Ağ ev dedikdə hamının ağlına birinci növbədə ABŞ-ın paytaxtı Vaşinqtondakı Ağ ev(Kapitoliy) gəlir.Amma 1910-cu ilə kimi Bakının da öz Ağ evi var idi.
O vaxtlar Bakı qalasının Şirvan qapısı tərəfdə, şəhərin zəngin insanlarının əyləndiyi,vaxt keçirdiyi bir povilyon var idi.Bu povilyon taxtadan hazırlanmış və ağ boya ilə rənglənmiş və ona görə də "Ağ Klub" adlandırılmışdır.
1910-cu ildə burda yanğın baş verir və klub tamamilə külə dönüb məhv olur.
Bundan sonra şəhərin imkanlılarının yığılması üçün yeni yer tapmaq məsələsi gəlir gündəmə.
Onda o vaxtkı Qubernator bağında(indiki Filarmoniya bağı) yer ayrılması üçün Şəhər Dumasına müraciət olunmuşdu.Amma duma iştirakçıları ağacların qırılması məsələsi olduğuna görə imtina efir.Bir neçə dəfə təkrar müraciətdən sonra razılıq verilir,amma bir şərtlə ki,tikilən bina öz gözəlliyi və orijinallığı ilə seçilməli olsun.
Bunun üçün mülkü mühəndis Qavriil Ter-Mikelov Avropanın ən gözəl binalarından olan Monte-Karlodakı Filarmoniya binasının eskizləri ilə tanış olmaq məqsədi ilə ora yollanır.
1910-cu ildə tikintisinə başlayan bina 1912-ci ildə təhvil verilir.
Mülkədarlar,tacirlər,neft milyonçuları,yüksək rütbəli hərbiçilər gecə yarısına kimi burda vaxtını keçirirdilər.Burda keçirilən qumar oyunlarında müflis olmuş insanların da sayı az deyil.
1920-ci ildən bəri burda musiqi həvəskarları da yığışmağa,konsertlər verməyə başladılar.
1936-cı ildə burda Azərbaycan Dövlət Filarmoniyası yaradıldı.
1937-ci ildə əməkdar incəsənət xadimi Müslüm Maqomayevin adını əbədiləşdirmək məqsədilə filarmoniyaya onun adı verildi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1996-2004 illərdə filarmoniyada köklü restavrasiya işləri aparılmışdır.