Salam dəyərli dostlar.
Hər birimiz yəqin ki,NƏNƏ,BABA sözü gəldikdə bir nostalji hiss yaşayırıq.Uşaq vaxtı, xüsusən də rayonda,kənddə nənələrimiz, babalarımız bizim qayğımıza qalan vaxtlar yada düşür.
Yadımdadır,nətər səbirsizliklə tətilləri gözləyirdik ki,(istər yay,istər qış) gedək kəndə.Nənəmin düzəltdiyi qatığın,pendirin, qaymağın dadı hələ indi də yadımdadır.
Babamla birgə kəndin heyvanların otarmağa(nobata) getməyi çox xoşlayırdım.
Hamının 2 nənəsi,2 babası olduğu halda(atanın və ananın ata-anası)mənim 3 nənəm olub.3-cü nənə isə,elə öz şəhərimizdə yaşayan,anamın bibisi olub.Ana babam tez dünyasını dəyişib.Anam da nənəmin yeganə qardaşının tək yadigarı oldugundan elə öz balası kimi baxıb ona.Elə bizə də əsil nənəlik edib.
Nənəmin yaşı artıq 95-ə çatıb,8+5 nəticəsi var.
Problemlərə,başqarışıqlığına baxmayaraq vaxtaşırı nənəmizə dəyməyə çalışırıq.Bu yaşda ona nə lazımdır? Yaşadığın yaşayıb, gördüyünü görüb.Sadəcə bir az diqqət istəyir.Uşaq vaxtı nətər ki,biz nənəmizi görüb sevinirdik,indi də nənəmiz bizi görəndə elə sevinir.
Necə deyərlər : əsas məsələ VNİMATELNİ olmaqdır.
ALLAH Köməyin olsun qardaş. Həmişə hörmətli olasan. Nənənin sağlığına, ömrünə bərəkət !
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Allah sizinkilərə də sağlıqlı uzun ömür versin.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Amin, burda olan hər kəsə İNŞAALLAH
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit