Salam dəyərli dostlar.
Təsadüfdən nətərsə alınır,son vaxtlar avtomobil mövzusuna çox baş vururam.
Bu dəfə drift barəsində danışmaq istəyirəm.
DRİFT - döngələri keçmə texnikası, müəyyən olunmuş istiqamətdə,döngələri maksimal surətdə idarəolunan sürüşmədə keçməklə aparılan avtomobil idmanı növüdür.
Bir idman növü kimi,şriftin vətəni Yaponiya sayılır.Drifting tarixində Yaponiyanın İroxozaka, Rokkasan,Xakone kimi aşırımları çox məşhurdur.Hər bir avtomobil idmanı kimi,drifti g də ilkin olaraq çoxdöngələri şəhərkənarı,dağlıq yollarda qeyri qanuni keçirilirdi.Bu yollar "Toqe" adlandırılırdı,iştirakçılar isə "Rolling zoku" adlandırılırdı.İlkin olaraq bu yarışlarda sürüşmələr olmurdu.Sonralar Ralli yarışlarında olduğu kimi döngələri sürüşmə ilə keçməyə başladılar.Bununla da idarəolunan sürüşmənin- driftinqin əsasları qoyuldu.
Drift üçün əsasən arxacəkimli avtomobillərdən istifadə olunurdu.Ən populyar modellər Toyota Supra,Nissan Skyline,Mazda RX,Hondanin bəzi modelləri.
Amerikada driftinq 1996-cı ildən sonra yayılmağa başladı.
1980-ci ildə Yaponiyada bir neçə populyar avtomobil jurnalı və tüninq şirkəti birləşərək Keyiti Sutiyanın driftinq ustalığı barəsində Pluspy adlı film çəkirlər.Film çox böyük populyarlıq qazanır.Bundan sonra Keyiti "Drift kralı" ləqəbini qazanır.
Bu günkü gündə dünyanın ən güclü drifteri yaponiyalı Masato Kavabata sayılır.
Mənim və bir çox avtomobil həvəskarlarının sevdiyi Forsaj filmin 3-cü hissəsi "Tokyo drift" birbaşa Yaponiyada drift mədəniyyətinə həsr olunub.
Filmdə məhşur Keyiti Sutiya həm drift səhnələrinin yaradılmasında həmdə özü bir epizodik rol alır.Baş qəhrəmanın məşqləri zamanı söhbət edən balıqçılar dan biri elə Keyiti Sutiya özüdür.