Salam dəyərli dostlar.
Artıq 9 ildir ki,ailə qurmuşam.Qızımın bu yaxınlarda 8 yaşı oldu.Bu illər ərzində həyatımızda o qədər hadisələr(yaxşı,pis) baş verib.Buna baxmayaraq həyat sürətlə davam edir.Bir saniyəlik də olsa belə,dayanmir.Hətta oturub bu postu yazdığımız zaman saniyələr,dəqiqələr həyatımızdan gedir.Amma, buna baxnayaraq,bir anlıq dayanıb geriyə baxanda,adama elə gəlir ki,9 il yox,cəmi 9 gün keçib.
Zaman hər bir kəsə qarşı amansızdır,ona görə ona dəyər verib, vaxtımızı boşuna mənasız, faydasız işlərə sərf etməyək,hər saniyəmizə dəyər verək, özümüzə,ailəmizə, yaxınlarınıza faydası olsun.
Dünən işdən gəlib yığdım "cücələrimi" başıma,getdik yüngülvari qeyd eləməyə.
Təbii ki, gül olmadan olmazdı.
Bir az gəzişib getdik Sumqayıt bulvarındakı "Turan" restoranına. Bu restoranla da bağlı,xeyli xatirələrimiz var.
Birinci yüngül salat yedik.
Kabab olmadan olarmı heç?
Sonda,tam qarnımızı bərkitdikdən sonra ailəvi bir şəkilin də yeri var idi.
Qızımız da bizə, öz fantaziyasına uyğun bir hədiyyə düzəldib.
Allah bütün cütlükləri mehriban etsin,oğullu-qızlı,nəvəli-nəticəli etsin.