Salam, Steemitçilər. Necəsiz? Bir neçə aydır ki, aprel ayındayıq. Sizə də elə gəlir? Mart ayında çoxluca havaya görə şikayətlənmişdik, indi də aprel gec keçir deyə şikayətlənək😄. Havalar isə tam yazlıqdı. Hətta gündüz hava elə gözəl olur ki, dərs oxumaq, dərsə qulaq asmaq sıxıcı gəlir mənə. Tək məndə belə olmaz, yəqin. Biz isə son iki həftədir ki, aralıq imtahanlarımızı verirdik. Nəhayət dünən sonuncunu verdik, düzü biri də qalıb, ama onu mən saymıram. Qiymətlərimə normaldı demək olar, ən azından mən belə düşünürəm. Dünənki imtahanımız "Məntiq"-dən idi.
Məntiq bizim seçməli fənnimizdi. Düzü biz onu riyazi məntiq düşünərək seçmişdik, ama o təfəkkürlə bağlı olan, Aristotel məntiqi imiş. Maraqlı fənndir, ama sadəcə oxuyub, başa düşmək üçün. Öyrənmək isə qismən çətindir, hətta çox çətindir deyə bilərəm. Söhbət imtahan verməkdən gedirsə tələbə fənnin çətinlik asanlığına baxmır, ilahi bir güc həmin fənni öyrədir ona😄 . Şansımız orda gətirib ki, müəllim dərsi çox yaxşı başa salır. Dərs müddətində olduqca maraqlı məntiqi əhvalatlar və sofizmlər də öyrənirik. Hətta bunlardan biri haqqında indi yazacam😉
Gələcək dərslərimizdən birində inandırıcı məntiq(metod) haqqında keçəcəyik, müəllim bugün bizə bu haqda bir məlumat danışdı( əhvalat da deyə bilərik).
Deməli, tanınmış bir şəxsin yoldaşı anidən yox olur, ona nə olduğu haqqında araşdırma aparıldıqdan sonra həmin tanınmış şəxsi cinayət törətdiyi və bunu gizlətdiyi irəli sürərək həbs etmək qərarına gəlirlər. Şəxsin vəkili isə indiyə kimi bütün davaları qazanıb. Məhkəmə prosesində vəkil öz sırasında başlayır:-siz düşünürsünüz ki, cinayət həmin şəxs tərəfindən törədilib və qadın ölüb, lakin bu belə deyil, həmin qadın yaşayır və mən 10-a qədər sayacam, o qapıdan daxil olacaq. Başlayır saymağa lakin heç kim girmir. Daha sonra hakimə müraciət edərək- mən 10-a qədər sayanda siz başda olmaqla hamının gözü qapıda idi, deməli siz verdiyiniz qərara baxmayaraq ürəyinizdə inanırdınız ki, qadın yaşaya bilər, mən xahiş edirəm ki, qərarı verərkən bunu da nəzərə alarsınız. Lakin qərar dəyişdirilmir və tanınmış şəxs həbs olunur. Daha sonra vəkil hakimə yaxınlaşaraq deyir ki, bəs niyə siz mənim dediyimi nəzərə almadınız? Hakimin cavabı isə olduqca maraqlı və gözlənilməz olur, o deyir ki:- düz deyirsən, sən sayanda mən bir an otağa göz gəzdirdim ki, hamı qapıya baxır, inanmaq olardı ki, qadın yaşayır. Lakin həmin müddətdə bircə cinayəti törətməklə ittiham olunan şəxs heç qapı tərəfə baxmırdı.
Belə, Steemitçilər, oxuduğunuz üçün təşəkkürlər🙏🏻
logic is my favorite subject🙃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤗📚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit