Dadımlıq tətil💤 (100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 

Salam, Steemitçilər, necəsiz? Dadımlıq tətilimiz də bitdi. Bugün səhərdən yola çıxdım, çünki günorta dərsim var idi.

IMG-20220504-WA0001.jpeg

Sizdə vəziyyət necədir bilmirəm, ama mən tətilin sadəcə ilk günləri həzz alıram, sonraki günlər ancaq getmək haqqında düşünürəm deyə anın dadını çıxara bilmirəm. Bu dəfə isə daha normal olmağa çalışdım, dərssiz, sakitcə bitirdim👌🏻. Hə, bir də bu dəfə biraz öz istəyimlə, biraz məcbur qohum ziyarətləri də etdim, hiss etmirdim ama darıxmışammış🙂.

IMG-20220430-WA0008.jpg

Tətildən qayıdanda bizi maskasız həyat gözləyirdi. Amma birdən-birə tamamilə maskasız evdən çıxmaq olmur, ya da mən çıxa bilmirəm. Yaxşıdı ama şəhərdə qoca dayılar, xalalarda da vəziyyət elədi, onlarda taxırlar hələ ki, maska😄. Yeni ay da öz sürəti ilə davam edir, may ayını sevirəm mən. Tətillə başlayıb, tətillə də bitir. Tətildən qayıdan da tam sürətlə dərslərimizə başladıq, sanki müəllimlər həvəslə gözləyirdilər bugünü, adaptasiya problemi niyə yaşamırlar axı. Bizim başımız yenə dərslərə qarışdı, Belə, Steemitçilər, oxuduğunuz üçün təşəkkürlər🙏🏻

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Axırıncı sual menide maraqlandırır😁

Müəllimlərin özündən soruşmaq gərək😄