Dost olaraq özümüz💤

in hive-131355 •  3 years ago 

Salam, Steemitçilər, necəsiz? Günlər necə keçir? Bugün mart girdi, yaza az qalıb deyə bilərik. Həm də od çərşənbəsidir bugün. Təbrik edirəm hər birinizi. Tonqal qalamış olarsınız.

IMG_20220301_230720.jpg

Gələk postumuzun mövzusuna. Həyatımızda dəyər verdiyimiz, sözümüzün tutduğu, ortaq maraqlarımızın olduğu, bəzən özümüz də bilmədən bu insanda mənə aid bir şey var dediyimiz, amma çox yaxından tanımadığımız insanlar var. Hər dəfə söhbət edərkən söz-sözü çəkib, bir yeni xasiyyəti ilə tanış oluruq həmin insanların. Yaxından tanımaq üçün suallar verməliyik bəzən. Çox dərin, mənalı suallar nəzərdə tutmuram, düzünü deyim. Gününün necə keçdiyini soruşanda belə başqa çox şeylər öyrənmiş oluruq.

IMG_20220302_001122.jpg

Və mən düşünürəm ki, başqa bir insanı tanımaq üçün etdiklərimiz var da, bəs özümüzü tanımaq üçün necə? Yəni biz özümüzə suallar veririk? Özümüzü tanımağa çalışırıq? Məsələn, mən çox sevirəm özümə suallar vermək və onları cavablamağı, ən birinci səbəbi odur ki, düşüncə qarmaşasından xilas edir məni. Sanki qaranlıq bir yolda qarşını görə bilmək üçün yandırdığımız fənər rolunu oynayır. Bəzən isə elə suallar çıxır ki qabağıma onları cavablamağa çalışdıqca özümü daha da yaxından tanımış oluram. Elə bugün də "Sihirli 50 soru" başlığında bir videoya baxdım. O qədər maraqlı, düşündürücü və gerçəkliyi üzə çıxarmağa çalışan suallar idi ki, mən özüm qeyd edib götürdüm, yavaş-yavaş cavablayacağam düşüncələrimdə. Mənə ən maraqlı gələn birini sizlərlə də paylaşım dedim.

IMG_20220302_001513.jpg

🖇️Özünüz kimi biri ilə dost olmaq istəyərdiniz? Mən uzunca bir düşünmədən sonra cavabımı verdim✌🏻😄 Sıra indi sizdədir. Sualı oxuyub özünüz üçün cavablayacağınızı ümid edirəm, yekun nəticəni rəylərə də yaza bilərsiniz. Belə, dəyərli Steemitçilər. Oxuduğunuz üçün minnətdaram🙏🏻

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Fotolar və məkan tanış gəlir😅

Görəsən niyə¿😄

Düşünürəm ki, hə, Aybəniz. Düzdür mənim ətrafımda ən sevdiyim dostlarımdan biri elə necə deyərlər "mən ağılda" dır. Çox gözəldir bu dostluq. Harada nə deyəcəyini, nəyi necə öyrədəcəyini bilən tür'dən 😌

Çox şanslısan bu cəhətdən💫
Dostluqların daim olsun♥️

Bəzi xarakterlərimi xoşlamıram açığı. Ama xoşladıqlarım da az deyil. Tam olaraq bəyəndiyimizin də olmuyacağını düşünsək, hə çalışaram ki, yola gedim özümlə. 😎

Əsas odur müsbət və mənfilərini bilirsən, əsəbləşdirməzsən özünü😄